İspaniyanın məşhur "Marca” nəşri "Qarabağ” futbol klubu haqqında yaydığı yanlış məlumata görə üzr istəyib, mətndə dəyişiklik edilib.

Azərbaycanın İspaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, dünən İspaniyanın məşhur "Marca" nəşrinin "Futbol sərhədləri aşanda" ("Cuando el futbol cruza fronteras") adlı məqaləsində Dağlıq Qarabağın Azərbaycana tabe olmayan ərazi kimi, "Qarabağ" futbol klubunun isə həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətəuyğun olmayan məlumatlara yer verilmişdi.

Səfirlik tərəfindən məsələyə dərhal reaksiya verilərək redaksiya ilə əlaqə saxlanılıb, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı baş redaktora yazılı müraciət edilib.

Səfirliyin məlumatında qeyd edilir ki, "Qarabağ" futbol klubu da məsələ ilə bağlı "Мarca" nəşrinə etirazını bildirib.

Görülən tədbirlər nəticəsində "Marca" nəşri bu gün adıkeçən məqalədə müvafiq dəyişiklikləri etməklə öz üzrxahlığını bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300