ABŞ senatorları: "Rusiya dünya çempionatına ev sahibliyi edə bilməz" » Ulu Yol Xəbər portalı

Bir qrup amerikalı senator FİFA-ya müraciət edərək 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün obyektlərin tikintisindəki əmək şəraitinin araşdırılmasını istəyib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, FİFA fəhlələri və idmançıları məcburi əməkdən qoruyaraq insan haqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir: "Dünyanın ən önəmli idman hadisəsi planetin ən zəif insanlarının çiyinlərində qurula bilməz”.

Senatorlar hesab edir ki, əmək hüquqlarının pozulması faktları təsdiqlənərsə, Rusiya dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum olunmalıdır.

Müraciəti respublikaçı və demokrat senatorlar – Marko Rubio, Bob Menendez, Riçard Blumental, Emi Klobuşar, Kori Qardner, Ed Marki, Şerrod Braun və David Pardyu imzalayıblar. Bu, senatorların bu yöndə ilk addımı deyil. Suriyanın İdlib vilayətində kimyəvi hücum hadisəsindən sonra senator R. Blumental FİFA-ya məktub yazaraq Bəşər Əsəd rejiminə dəstək verən Rusiyanın dünya çempionatını təşkil etmək hüququndan məhrum olunmasını istəmişdi.

Qeyd edək ki, bir müddət əvvəl "The Guardian” qəzeti Rusiyada stadionların tikintisində iştirak edən şimali koreyalı fəhlələrin hüquqlarının pozulması ilə bağlı FİFA prezidenti Canni İnfantinonun məktubunu dərc edib. Lakin bir qədər sonra təşkilatdan bildiriblər ki, FİFA monitorinq qrupu araşdırma aparıb və obyektlərdə Şimali Koreyadan olan fəhlə aşkarlanmayıb.

Rusiyada dünya çempionatı 2018-ci ilin 14 iyun - 15 iyul tarixləri arasında keçirilməlidir. Oyunlar Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Samara, Kazan, Nijnıy Novqorod, Soçi, Yekaterinburq, Saransk və Rostovda oynanacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300