N vitamini (lipoy turşusu) keçən əsrin ortalarında aşkar olunub. Bu tam vitamin deyil, vitaminə bənzər maddə sayılır. Lakin bu maddə orqanizmə olduqca güclü təsir göstərir.

İlk növbədə N vitamini orqanizmdə gedən turşuma proseslərini ləngidir. Alimlərin fikrinə görə, məhz bu proseslər orqanizmin qocalmasına və bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb olur.

Həmçinin N vitamini şəkərli diabet xəstəliyinin inkişafının da qarşısını alır.

Digər faydalı təsirlər arasında:

- qaraciyərin fəaliyyətini bərpa edir, orqanı mənfi təsirlərdən qoruyur

- sinir və immun sistemlərinin fəaliyyətini yaxşılaşdırır

- güclü antioksidantdır - orqanizmi cavan saxlayır

- insultun qarşısını alır

- beyinin fəaliyyətini yaxşılaşdırır

- qanda xolesterolun səviyyəsini aşağı salır, aterosklerozun inkişafını ləngidir

- iş qabiliyyətini artırır, insanı daha gümrah edir

N vitamininin mənbələri: maya, ispanaq, düyü, kələm, mal əti, ürək, qaraciyər, süd, yumurta.

N vitamini dərman preparatları şəklində də buraxılır.//saglamolun.az

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300