ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və İrana qarşı təzyiqlərin artırılması barədə qanun layihəsini qəbul edib.

"Report"un məlumatına görə, bununla bağlı canlı yayımı "C-SPAN" telekanalı təşkil edib.

Qanun layihəsinin lehinə 98 senator səs verib, yalnız 2 nəfər sənədin əleyhinə olub. Sənədin qəbulu üçün sadə səs çoxluğu tələb olunur.

Qanun layihəsi ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Ukraynanın şərqindəki münaqişə və Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı sanksiyaların qanunvericilik səviyyəsində möhkəmləndirilməsini nəzərdə tutur.

Qanun layihəsinə həmçinin Amerikanın siyasi institutlarına kiberhücumlarda şübhəli bilinən Rusiya vətəndaşlarına qarşı tətbiq edilmiş sanksiyalar da daxildir. Sənəddə eləcə də qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp Konqresin razılığı olmadan sanksiyaları zəiflədə bilməz.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300