Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından daha çoxdur.

Uluyol.info Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev deyib.

O bildirib ki, Azərbaycanda da bu xəstəliklər ölümə səbəb olan xəstəlik arasında birinci yeri tutur:

"Dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara kifayət qədər çox rast gəlinir. Ona görə də ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi hər zaman aktuallığını saxlayır”.

K.Musayev deyib ki, ürək-damar xəstəliklərinin geniş yayılmasının səbəbləri müxtəlifdir:

"Lakin bunun ən əsası iki səbəbi var. Bunlardan biri getdikcə daha çox passiv həyat tərzinə keçməyimiz, yemək-içmək vərdişlərimiz və siqaretdən istifadədir. Əgər anadangəlmə ürək qüsurlarının diaqnozunu vaxtında təyin etmək mümkün olarsa, bu xəstəliyin qarşısını da vaxtında almaq olar. Anadangəlmə ürək qüsuru kardiologiyanın xüsusi sahəsidir. Uşaqların anadangəlmə ürək qüsuru ilə doğulmasının səbəbləri bu gün tibb elminə tam məlum deyil. Lakin bəzi xəstələrdə müəyyən səbəbləri görə bilirik. Bunlardan biri kimi, ananın hamiləlik zamanı müxtəlif infeksion xəstəliklər keçirməsini göstərmək olar. Lakin bir çox hallarda səbəb tapıla bilmir”.

 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300