"Bütün maneələr bir həftə ərzində götürüləcək” – Rusiyadan Türkiyə açıqlaması

 

Türkiyəyə tətbiq olunan sanksiyaların ləğv edilməsi üçün lazım olan sənədlər bu həftə ərzində hazırlanacaq.

 

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya baş naziri müavini Arkadi Dvorkoviç çıxış edib.

 

"Razılaşmaların hamısının bu həftə ərzində qeydiyyatdan keçəcəyini düşünürəm. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə olunan razılaşmalar hal-hazırda kağız üzərinə köçürülür. İşlərin haradasa 99%-i yekunlaşıb. Bəzi detallar üzərində iş gedir” – Dvorkoviç belə deyib.

 

Dvorkoviç deyib ki, protokollar imzalanan kimi sanksiyaların ləğvi başlayacaq.

 

Xatırladaq ki, 10 mayda Ərdoğan və Putin arasında Soçidə keçirilən görüş zamanı xidmət, tekstil, inşaat sahələrində Türkiyəyə qarşı tətbiq olunmuş sanksiyaların hamısının ləğvi məsələsində razılıq əldə olunmuşdu.

 

Türkiyədən tomatların alınması ilə bağlı sanksiya isə qüvvədə qalacaq. Bundan viza rejimi qalacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300