Gün ərzində gözlərinizdə qıcıqlanma, sulama, daha sonra şişmə müşahidə edirsiz? Dırnaqlarınız saralaraq qırılır? Çəkinizdə qeyri-ixtiyari azalma və ya artmalar olur? Əgər bu və bənzəri əlamətlər sizdə də varsa, onları gözardı etməyin.

Orqanizm daxilində baş verən dəyişikliklərin əlamətləri olan bu simptomlara diqqət etmək lazımdır. Onlar əsasən böyrək xəstəliyindən ürək çatışmazlığına qədər bir çox xəstəliyin yaranmasına işarədir.

Bədəndə gedən dəyişikliklər, eləcə də orqanizmdə yarana biləcək xroniki xəstəliklərin əlamətləri ola biləcək simptomlarla sizi tanış edirik:

Dırnaqda ağ və sarı rənglərə fikir verin

Dırnaqlarda müşahidə olunan forma və rəng dəyişikliyi orqanizmdə baş verən bəzi xroniki xəstəliklərin xəbərçisi ola bilər. Məsələn, dırnaqların həddən artıq sarı rəngə çalması göbələk xəstəliyinin əlaməti hesab edilir. Dırnaqların qaşıqvari şəkildə uzanması və ya dırnaqlarda xırda-xırda ağ ləkələrin əmələ gəlməsi bədəndə dəmir çatışmazlığının eləcə də, qanazlığının simptomlarıdır.

 

Dırnaqların nisbətən göyə çalan rənglərdə olması ürək çatışmazlığı, qaraciyərin sirrozu, ağciyər xərçəngi, xroniki bronx xəstəlikləri və bəzi mədə-bağırsaq xəstəlikləri zamanı müşahidə olunur. Dırnaqların üzərində qara və ya şəffaf qabarlanmalar, zolaqlanmalar, tez-tez dırnaqların mayadan qırılması isə xərçəng xəstəliyinin xəbərçisi ola bilər.

Gözlərdə şişkinlik


Gözlərin sklera adlanan ağ hissələrinin sarı rəngə çalması qaraciyər və öd yolları xəstəliklərinin əlaməti ola bilər. Gözlərdə qıcıqlanma, göz qapaqlarında şişkinlik böyrəklərdə yaranan problemlərlə bağlıdır. Göz bəbəklərinin eyni böyüklükdə olmaması beyindaxili qanaxma riskini artırır.

 

Gözlərdə qeyri-stabil hərəkətlər ciddi nevroloji xəstəliklərin və ciddi kəllədaxili travmalara gətirib çıxara bilər. Göz bəbəklərinin həddindən artıq kiçilməsi isə bəzi kimyəvi dərmanlarla əlaqəli ola bilər. Bu dərmanlara qarşı orqanizmin müsbət cavab verib- vermədiyini həkiminizlə əlaqə saxlayaraq dəqiqləşdirin.

Cilddə ağarma və quruma halları

Bədənin dərisi həssaslığına görə müxtəlif qruplara ayrılır. Lakin həssaslıq dərəcəsindən asılı olmayaraq, bədəndə öz-özünə yaranan göyərmələr immun çatışmazlığı ilə əlaqəlidir. Bu kimi əlamətlər tibbdə leykemiya kimi bəzi qan xəstəliklərinin erkən simptomlarından hesab olunur. Dəridəki quruluq, dəri rənginin nisbətən ağarması göbələk xəstəliklərindən xəbər verir.


 

Bədənin müxtəlif nahiyələrində, baş dərisində, diz və dirsəklərdə yaranan ağ ləkələrin və ya kəpəkvari qabıqların dəri xəstəliklərinin əlaməti olduğu deyilir. Buna bəzən sədəf xəstəliyi də deyilir. Dərinin üzərində nazik suluqlu qatların əmələ gəlməsi zona xəstəliyinə işarədir. Dəridəki quruluq qaşınma, çatlamalar bədəndə suyun miqdarının azlığı və böyrək xəstəlikləri ilə bağlı ola bilər. Xüsusilə ürək çatışmazlığına bağlı periferik qan dövranın pozulduğu hallarda dəridə bu kimi dəyişikliklər müşahidə olunur.

Qeyri-ixtiyari çəki itirmək

Əksər hallarda bu, birbaşa orqanizmdə gedən hormonal dəyişikliklərlə bağlı olur. Əgər siz istəksiz olaraq sürətli şəkildə çəki itirirsiznizsə, mütləq həkimə müraciət etməlisiniz. Bu hormonlar və qan şəkəri ilə bağlı ciddi problemlərə səbəb ola bilər. Hipertireoz və diabet xəstəlikləri üçün ani çəki itirmələri xəstəliyin ilkin simptomları hesab olunur.


 

Bununla yanaşı, xərçəng xəstəliyinin bir çox növü də sürətli zəifləmə ilə müşahidə olunur. Gün ərzində eləcə də, gecə həddən artıq tərləmək lenfoma və leykemiya xəstəliklərinin, anemiya, mədə və bağırsaq xərçəngi xəstəliklərinin əlamətləri olaraq qiymətləndirilir.

Qeyri-ixtiyari çəki artımı


İlkin olaraq bu hallar birbaşa ürək çatışmazlığı, şəkər və qaraciyər sirrozu xəstəliklərinin yaranması ilə bağlıdır. Sürətli şəkildə kökəlmək passiv həyat tərzi, oturaq şəkildə işləmək, qidalanma pozuntusu ilə də bağlı ola bilir. Lakin əgər sizdə bu hallar yoxdursa və siz dayanmadan özünüzdə çəki artımı hiss edirsinizsə, gecikmədən həkimə müraciət etməlisiz.

 

Metobolizmanın pozulması, tiroit vəzinin funksiyasının ləngiməsi insanlarda çəki artımına, halsızlıq, quru dəri və saç tökülmələrinə gətirib çıxara bilir. Siz də sadalanan halları özünüzdə müşahidə edirsinizsə, bunları gözməzdən gəlməyin. Mütəxəssislərə müraciət edin.

Könül Cəfərli, teleqraf.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300