Milli Məclisin deputatı, professor Nizami Cəfərov görkəmli ədib Mirzə Ələkbər Sabirin şeirlərinin dərsliklərdən çıxarılması ilə bağlı araşdırmaçı-yazar Guntay Gencalpın səsləndirdiyi təkliflərə sərt cavab verib.

 

N.Cəfərov "Ölkə.Az”-a açıqlamasında deyib ki, Azərbaycanda bütün ədəbiyyatı çıxardıb atmaq olar, ancaq Mirzə Ələkbər Sabiri dərsliklərdən çıxartmaq olmaz:

 

"Eyni zamanda Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə və digər bu kimi görkəmli şəxsləri də atmaq olmaz. Bu mümkün olan məsələ də deyil. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə və digər bu kimi görkəmli şəxslər Azərbaycan ədəbiyyatında və ictimai fikrində tənqidi realizmin nümayəndələridir. Bu şəxslər mənsub olduqları xalqın ruhundan qopmuş adamlardır”.

Deputat qeyd edib ki, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadəni dərslikdən və bədii ədəbiyyatdan çıxartmaq qədər gülünc təklif ola bilməz:
"Bu məntiqlə Molla Nəsrəddini də ədəbiyyatdan çıxartmaq lazımdır. Molla Nəsrəddin xalqın öz problemlərini qaldırması deməkdir. Bu gün Mirzə Ələkbər Sabir qədər müasir şairimiz yoxdur. Onu dərslikdən niyə çıxartmalıyıq? Bu cür təklifləri kimlər verirsə, deməli həmin şəxslər Sabirin tənqid güzgüsündə özlərini görürlər. Əks halda Mirzə Ələkbər Sabiri nə səbəbə dərsliklərdən çıxartmaq təklif edilsin? Axı Mirzə Ələkbər Sabir nə dinə, nə də təhsilə və müasirliyə qarşı olmayıb. Əksinə, Sabir cəhalətə, dindən sui-istifadə edənlərə, bəzi "ziyalı” və intelligentlərə qarşı çıxıb. Həmin intelligentlərə qarşı çıxılmalı idi. Onlardan bu gün də mövcuddur. Bu mənada Mirzə Ələkbər Sabir ciddi töhfədir”.

Xatırladaq ki, araşdırmaçı-yazar Guntay Gencalp özünün feysbuk səhifəsində qeyd edib ki, Mirzə Ələkbər Sabirin şeirlərini dərsliklərdən çıxarmaq lazımdır:

"Antipedoqojidir, 18 yaş öncəsində cocuqlara M.Ə.Sabirin şeirlərini oxutmağı durdurmaq və hətta yasaqlamaq lazımdır. Çünki "şeir"lərdə heç bir gözəllik və estetika yox. İyrənc Səfəvi-Türk həyat biçimi təsvir edilmiş. Bu şeirləri əzbərləyən cocuq aqressiv, gözəllik düşməni, ədəbsiz və sayqısız olar. Bilincaltında hər tür gözəllik və incəliyə qarşı təpki daşıyar. Bu ədəbiyyatla böyüyən cocuğu nə adam etmək olar, nə də alim”.

Ramal Hüseynli, olke.az

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300