Bir qrup nüfuzlu Amerika senatoru Federal Araşdırmalar Bürosuna, Amerika Baş Prokuroruna və Xəzinə müdirinə prezident Trampın Azərbaycanda şübhəli əməliyyatlarını araşdırmaq çağırışı ilə müraciət edib.

Turanın verdiyi məlumatda bildirilir ki, xüsusən, onun, Amerika tərəfin iddiasına görə, İran İslam İnqilabı Korpusu (İİİK) ilə əlaqələri olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailəsi ilə işgüzar əlaqələrinin araşdırılması tələb olunur.

Bütün bunlar korrupsiyaya qarşı mübarizə haqqında qanunun və İrana qarşı sanksiyaların pozulmasıdır.

Amerikalılar hesab edirlər ki, Məmmədovun ailəsi, ola bilər ki, çirkli pulların yuyulması kanalı rolunu oynayıb.

Senatorlar Şerrod Braun, Ben Kardin və Dayann Faynşteyn New Yorker-də "Donald Trampın ən pis sövdələşməsi” adlı məqalədə əksini tapmış faktları araşdırmağa çağırıblar.

Senatorlar öz məktublarında bildiriblər ki, Trampın Bakıda Trump Tower otelinin tikintisinin içracıları ilə bağlı olan strukturları İİİK tərəfindən maliyyələşdirilib.

"Prezident Tramp və onun strukturları bədnam Azərbaycan oliqarxları ilə və bəlkə də İİİK ilə də bağlıdır”, deyə məktubda qeyd edilir.

Senatorlar Trampın təşkilatının Ziya Məmmədovla münasibətlərini qurarkən korrupsiyaya qarşı mübarizə haqqında qanunları pozub-pozmadığını araşdırmaq xahişi ilə Ədliyyə Nazirliyinə müraciət ediblər.

Senatorlar həmçinin Trampın Bakıda qanunsuz sövdələşmələri qəsdən həyata keçirib-keçirmədiyini müəyyən etməyi və lazım gələrsə, Trampın strukturlarını cinayət təqibinə məruz qoymağı mümkünlüynün araşdırılmasını xaiş ediblər.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300