Avropa İttifaqı dağılacağı halda Balkan regionunda müharibə başlana bilər.

Bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker "Financial Times” nəşrinə müsahibəsində danışdı.

Yunkerin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın Avropa İttifaqından çıxışına dəstəyi təəccüb və narahatlığa səbəb olur. Avropalı məmur hesab edir ki, ABŞ prezidenti postunu tutan biznesmen Avropanın mürəkkəb tarixi ilə az tanışdır.

O həmçinin bildirib ki, Brüsselə səfərinin gedişatında Avropa İttifaqının dağılmasının mümkün nəticələri haqqında ABŞ-ın vitse-prezidenti Mayk Pensi xəbərdar edib.

"Başqa ölkələri Avropa İttifaqından çıxmağa dəvət etmək lazım deyil. Çünki əgər Avropa İttifaqı dağılacaqsa, Balkanın qərb hissəsində yeni müharibə başlanacaq”, - Avropa Komissiyasının başçısı bildirib.

Onun fikrincə, region ölkələri Avropa İttifaqına üzvlük perspektivini nümayiş etdirməlidir. Jan-Klod Yunker hesab edir ki, əks təqdirdə Balkan dövlətləri - Bosniya və Herseqovina, Serbiya, Makedoniya və Albaniya arasında müharibə alışa bilər.

Ömər Dağlı, publika.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300