"Ermənistan gəncləri polis təqibindən qorxmur”. Bunu bir meddət əvvəl İrəvanın Respublika meydanında Artur Sərkisyanın xatirəsinə həsr olunmuş mitinq zamanı aksiyanın fəallarından olan Şaqen Arutyunyan bəyan edib.

Bugünkü aksiya dünənkinə nisbətən sakit keçib. Ötən gün etirazçılar Abovyan küçəsi ilə Sayat Nova prospektinin kəsişməsində hərəkətin qarşısını kəsəndən sonra polis hərəkəkə keçərək zorla yolları açmışdı. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bundan sonra ciddi qarşıdurma baş verməyib. Aksiya iştirakçıları bu gün Ermənistan hökumətinin binası qarşısında toplaşaraq şüarlar səsləndiriblər. Bundan sonra onlar Azadlıq meydanına qayıdıblar. Ancaq elan olunub ki, martın 21-də növbəti aksiya keçiriləcək. Belə ki, sabah İdman-konsert kompleksindən başlayaraq Şaumyan məzarlığına qədər yürüş olacaq. Aksiya iştirakçıları A.Sərkisyanın xatirəsini əllərində yanan şamlar tutmaqla yad edəcəklər. Qeyd edək ki, hakimiyyət qiyamçı "çörəkdaşıyan”ın Şaumyan məzarlığında dəfninə izn verib və dəfn mərasimi 22 martda baş tutacaq.

Cavid Turan, musavat.com

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300