İranlı zəvvarlar cari ilin Həcc mövsümündə Səudiyyə Ərəbistanına səfər edəcəklər.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Həcc və Ziyarət Təşkilatı açıqlama verib.

Açıqlamada bildirilir: "İran xalqının diqqətinə çatdırırıq ki, cari ildə Həcc ziyarəti barədə Səudiyyə Ərəbistanı Həcc Nazirliyi ilə aparılan danışıqların ardınca və onlardan istədiklərimizin yerinə yetirilməsinə əmin olduqdan sonra ali lider, İslam Respublikası məsul şəxsləri və İran xalqının istəyinə uyğun olaraq ölkəmizdən olan zəvvarların təhlükəsizliyinə, izzət və hörmətlərinin qorunmasına təminat verilir. Əldə olunan razılığa əsasən konsulluq, tibbi yardım və digər ehtiyac olan xidmətlərin göstərilməsi nəzərdə tutulur. Allahın lütfü ilə cari ilin Həcc mövsümündə 85 min nəfərin Həcc ziyarətini yerinə yetirməsi üçün şərait yaranıb. Təbiidir ki, aparılan danışıqlarda müxtəlif məsələlər, o cümlədən Mina faciəsində şəhid olanlar, Məscidul-Haram hadisəsində şəhid olanlar haqqında danışılıb və ilk fürsətdə keçiriləcək mətbuat konfransında ona dair açıqlamalar veriləcək”.

Qeyd edək ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanan faciəvi insidentdən sonra rəsmi Tehran vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin il Mina faciəsində 466 iranlı zəvvar həyatını itirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300