Almaniya millisi Bakıya bu heyətlə gəlir » Ulu Yol Xəbər portalı

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Almaniya yığmasının heyəti açıqlanıb.

Qol.az-ın Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Yoahim Löv 24 futbolçuya dəvət göndərib.

Qapıçılar: Manuel Noyer ("Bavariya”), Mark-Andre ter Ştegen ("Barselona”, İspaniya), Bernd Leno ("Bayer”)

Müdafiəçilər: Mats Hummels, Coşua Kimmix (hər ikisi "Bavariya”), Yonas Hektor ("Köln”), Benedikt Hövedes ("Şalke”), Şkodran Mustafi ("Arsenal”, İngiltərə), Antonio Rüdiger ("Roma”, İtaliya), Niklas Süle, Sebastian Rudi (hər ikisi "Hoffenhaym”)

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer”), Əmrə Can ("Liverpul”, İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Sami Xedira ("Yuventus”, İtaliya), Toni Kroos ("Real”, İspaniya), Məsut Özil ("Arsenal”, İngiltərə), Andre Şürrle, Yulian Vayql (hər ikisi "Borussiya”, Dortmund)

Hücumçular: Mario Qomes ("Volfsburq”), Tomas Müller ("Bavariya”), Leroy Sane ("Mançester Siti”, İngiltərə), Lukas Podolski ("Qalatasaray”, Türkiyə), Timo Verner ("Leyptsiq”)

Xatırladaq ki, Azərbaycan - Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300