"Hazırda ölkədə əhali arasında yayılan xəstəlik sezon qripidir”.

 

Bu fikirləri BakuPost.az-a tanınmış həkim, professor Adil Qeybulla camaat arasında əsasən boğazağrısı ilə müşahidə olunan xəstəliyin yayılması haqda danışarkən deyib.

 

Onun sözlərinə görə, havalar dəyişən zaman insanlar geyim növünü düzgün seçmədikləri üçün bu xəstəliyə yoluxurlar:"Hava bəzən aldadıcı olur. Bütün bunlar bədənin temperaturunun, yəni ətraf aləmlə uyğunsuzluğu fonunda bir dövrlənmə yaradır.

 

Ümumiyyətlə, yuxarı tənəffüs yollarında 10-dan çox adi vəziyyətdə xəstəlik törətməyən, amma soyuqdəymə olanda aktivləşən mikroblar var. Bunların yaratdığı iltihabı proses qripə bənzər əlamətlər ilə verir. El arasında biz bunu qrip adlandırıq. Əslində isə bu, kəskin soyuqdəymə xəstəliyidir. Sonra da insanlar bir-birini yoluxdurmağa başlayır”.

 

Adil Qeybulla bildirib ki, bu xəstəliyə yaydan payıza, qışdan yaza keçən dövrlərdə daha çox təsadüf edilir.

 

Professor onu da əlavə edib ki, bu xəstəliyə yoluxan insanlar mütləq şəkildə maskalardan istifadə etməlidir:"Xəstə olan insanlar yaxşı olar ki, yataq rejimnə keçsin. Buna ciddi yanaşsınlar. Ən əsası isə əhalinin çox olduğu yerlərdə, ictimai nəqliyyatda maskalardan istifadə etsinlər. Buna görə kompleks keçirmək lazım deyil. Çünki maska havadan yayılan infeksiyaların kifayət qədər qarşısını ala bilir”.

 

Adil Qeybulla hesab edir ki, qoruyucu tədbirlər bu məsələni lokallaşdıra bilər.

 

Sevinc Yasinqızı, Baku Post

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300