NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı. Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar verib.

Martın 9-da E.Qəhrəmanın apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib, AzadlıqRadiosu məlumat verir. Gənc fəalın vəkili Fariz Namazlı məhkəməyə qeydlərini təqdim edib. Qeydlər E.Qəhrəmanın işinə birinci instansiya məhkəməsində baxılarkən tərtib olunmuş protokolla bağlıdır. Vəkil deyir ki, məhkəmədə dindirilən şahidlər, əsasən də Ekspertiza Mərkəzinin əməkdaşı Gülşən Hümbətovaya verilmiş suallar, alınan cavablar protokolda yoxdur.

Qanunvericiliyin tələbinə görə, bu cür məsələlərlə bağlı iradlar, protokola yazılı qeydlər olanda iş münasibət bildirilməsi üçün həmin məhkəməyə göndərilir. F.Namazlı da E.Qəhrəmanın işinin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyib.

Dövlət ittihamçısı Rəsul Abbasov da buna etiraz etməyib.

Məhkəmə vəsatəti təmin edib. Bakı Ağır Cinayətlər Məhkəməsi məsələyə baxıb münasibət bildirənə qədər apellyasiya şikayəti üzrə proses təxirə salınıb.

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onu bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

Gənc fəal yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300