Ermənistanda seçkiqabağı kampaniya gedir və buna görə də düşmən itkilərini gizlədir.

 

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Hərbi ekspert vurğulayıb ki, ermənilər son günlər hərbi xəbərləri yaymaqdan belə ehtiyat edirlər.

 

Polkovnik bildirib ki, əslində, ermənilərin itkilərini gizlətməsi adi hala çevrilib: "Hazırda Ermənistanda elə bir vəziyyət yaranıb ki, orduda olan və ola biləcək hər hansı bir itki ölkədə böyük əks-səda doğurur. İrəvan da məhz buna görə belə addım atır. Çünki 30 ilə yaxınlaşan Dağlıq Qarabağ münaqişəsi erməni cəmiyyətini yorub. Azərbaycan Ordusu silahlanmada son 4 ildə Ermənistanı 20 dəfə üstələyir. Əlbəttə ki, bu, erməni cəmiyyətini narahat etməyə bilməz. Ermənilər övladlarını Qarabağda itirmək istəmirlər və Ermənistanda xidmət etmələri ilə bağlı tələbləri getdikcə güclənir. Ermənistan hakimiyyəti vəziyyəti və cəmiyyətin bu reaksiyasını bildiyi üçün məlumatları gizli saxlayır.

 

Əlbəttə, Ermənistan ordusunda neqativ hallar hər zamankı kimi var və bu da cəmiyyəti ciddi narahat edir. Belə bir vəziyyət isə indiki iqtidarı qane etmir və seçkilərin nəticəsini onların xeyrinə olmayan istiqamətdə dəyişə bilər. Nəzərə alın ki, Sərkisyan hakimiyyəti heç vaxt seçkilərə bu qədər zəif getməmişdi”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300