Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat departamentindən verilən məlumata görə, iclasda əvvəlcəgörülən işlər və qərarların icrası barədə Divan üzvü Razim Əmiraslanlının məlumatı dinlənilib.

Müsavat Partiyasının Novxanı kəndində M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə təşkil etdiyi tədbirdə partiya üzvlərinin iştirakı təqdirəlayiq hesab edilib.

Başqan müavini Yadigar Sadıqov partiyanın Beyləqan rayon təşkilatının Şura iclası barədə məlumat verib.

Divan hakimiyyət orqanlarının inzibati resurslardan istifadə etməklə partiyanın mərkəzi qərargahı qarşısında keçirdiyi aksiyanı müzakirə edib. Hakimiyyətin bu davranışları Müsavatın artan nüfuzunun, ölkədə yaranan sosial-iqtisadi çətinliklərdən yaranan narahatlığın və qorxunun təzahürü kimi qiymətləndirilib.

Müsavat Partiyası Xocalı soyqırımını 25 illiyi ilə bağlı fevral ayının 26-da böyük yürüş keçirilməsini təklif edib.

Avropa Parlamentində Gürcüstana qarşı viza rejiminin ləğv edilməsi müsbət hal kimi dəyərləndirilib, Azərbaycanın siyasi hakimiyyətinin uğursuz xarici siyasəti bir daha diqqətə çatdırılıb.

İclasda Müsavat Partiyasının fevral ayında keçirəcəyi zona müşavirəsinin planları müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300