Türkiyə NATO strukturlarında çalışmış və 15 iyul hərb çevriliş cəhdindən sonra sığınacaq üçün Almaniyaya müraciət etmiş 40 hərbçinin təhsil verilməsini tələb edib.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin müdafiə naziri Fikri İşıq deyib ki, Almaniyanın Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda şübhəli sayılan 40 hərbiçini Türkiyəyə təhvil verməsi lazımdır.

 

F. İşıq bildirib ki, Almaniya məhkəməsi və rəsmiləri məsələni diqqətlə dəyərləndirməli və həmin şəxslərin sığınacaq müraciətlərinə mənfi cavab verməlidir. Türkiyə müdafiə naziri bu məsələni fevralın 15-də NATO müdafiə nazirlərinin toplantısında və daha sonra Münhen Təhlükəsizlik Konfransında almaniyalı həmkarı ilə müzakirə edəcəyini nəzərə çatdırıb: "Türkiyədə hərbi çevrilişə cəhd etmiş bir strukturun üzvü olduğu iddia edilən şəxslərin Almaniya tərəfindən himayə edilməsi Türkiyə ilə mədəni, sosial, siyasi əlaqələri çox güclü olan bir ölkə üçün qəbuledilməzdir. Bunun çox ciddi nəticələri ola bilər. Dünya terrorla mübarizədə Türkiyə ilə əməkdaşlığı gücləndirməlidir. Türkiyə terrorla səmimi və çox ciddi mübarizə aparır və yalnız qoyulmamalıdır. Bu gün Türkiyə yalnız buraxılsa, sabah yanlarında olacaq ölkə tapa bilməzlər. Almaniyadan gözləntimiz sığınacaqla bağlı müraciətləri rədd etməsi və Almaniyadakı FETÖ mənsublarının Türkiyəyə təhvil verilməsidir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300