ABIYEV QARDAŞLARINDAN ELMAR VƏLİYEVƏ FƏRQLİ MÜNASİBƏT – ZƏFƏR ABIYİEVLƏ BAŞÇININ KONFLİKTİ NƏDƏN QAYNAQLANIR?

 

Azərbaycanda bəzi şəxslərin hansısa sahəyə təyinat alması sanki xüsusi qaydalarla idarə olunur. Hansısa rayona təyinat alınandan dərhal sonra möhkəmlənmə siyasəti həyata keçirilir. Hətta, bu möhkəmlənmə, miqyasını o dərəcədə genişləndirir ki, idarəçilik missiyası intriqalar səviyyəsində qurulur.

 

Belə təyinatlardan biri DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinə rəis təyin olunan Zəfər Abiyevlə bağlıdır.

 

Zəfər Abıyevin bir müddət öncə – 2016-cı ildə Gəncəyə rəis təyin olunması bu bölgədəki rəsmi qurumlar arasında münasibətləri əməllicə korlayıb.

 

Daha doğrusu, Zəfər Abıyevin Gəncənin icra başçısı Elmar Vəliyevi heç cür həzm edə bilməməsi, tərəfləri gizli savaşın mərkəzində qərarlaşdırıb.

Bu arada, Zəfər Abıyev sıradan şəxs və təyinat deyil. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus, Moldova və Qazaxıstandakı nümayəndəsi, DİN Cinayət-Axtarış İdarəsində şöbə rəisi işləyib.

 

Eyni zamanda, Zəfər Abıyev xüsusi "xidmətlərinə” görə də hər zaman diqqət mərkəzində olub. Belə ki, son vəzifə təyinatına qədər o, DİN-in Qazaxıstan və Qırğızıstandakı nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib. İddialara görə, diplomatik vəzifəsindən uzaqlaşdırılmasının səbəbi, işində aşkar olunan ciddi nöqsanlar olub. Bu səbəbdən də Zəfər Abıyevin diplomatik fəaliyyətinə son qoyulub.

 

Keçmiş attaşenin diplomatik missiyasına xitam verilməsi ailə münasibətlərinə də təsirsiz ötüşməyib. Əldə etdiyimiz məlumata görə, Zəfər Abıyev

Gəncəyə təyinat alandan sonra icra başçısı Elmar Vəliyevə savaş açıb.

 

Hətta deyilənə görə, Elmar Vəliyevin Yaponiyada xüsusi sifarişlə yığdırdığı JEEP LEXUS-da, mühafizə və kortejlə gəzməsi Zəfər Abıyevin hiddətinə tuş gəlib. Eyni zamanda, Elmar Vəliyevin Qərb bölgəsində xüsusi nüfuz sahibinə çevrilməsi də rəisin xoşuna getməyən haldır.

Deyilənə görə, Zəfər Abıyevin Gəncəyə rəis təyin olunması Elmar Vəliyevi qəzəbləndirib. İddialara görə, qalmaqallı polis işçisi Zəfər Abıyevin yeni vəzəifəyə təyinatı Gəncənin icra başçısının kurasiyasını ciddi təhlükə altına qoyub. Bu təyinat Elmar Vəliyevin süzgəcindən keçməliymiş ki, münasibətlər prinsipial çərçivəni aşmasın. Amma Zəfər Abiyev həmin vəzifəyə gətirilərkən Elmar Vəliyevin razılığı alınmayıb.

Bir sözlə, tərəflərin bir-birlərini qəbul etmədikləri vurğulanır.

 

Məlumdur ki, Zəfər Abıyev Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevlə qardaşdır.

Belə görünür ki, Qərb bölgəsinə istənilən təyinat Zəfər Abıyevin süzgəcindən keçməlidir ki, münasibətlər prinsipial çərçivəni aşmasın.

Digər iddialara görə, Zəfər Abıyev Vəliyevin nfəaliyyətinə sakit şəkildə göz yummayıb."Sən Gəncənin icra başçısısansa, mən də Qərb bölgəsinə daxil olan rayonların Baş Narkotiklərlə Mübarizə İdarəsinin bölgə rəisiyəm”,-deyib.

Görünür, Zəfər Abıyev icra başçısı ilə aralarında yaranmış soyuq münasibətləri davam etdirməkdə maraqlıdır. Digər tərəfdən, keçmiş attaşenin daxili narahatlığının mərkəzində dəbdən düşmək qorxusu dayanır. Baş Narkotiklərlə Mübarizə İdarəsinin bölgə rəisi sultanlıq məsələsində çox iddialı görünür.

Bir məqam da var. Zəfər Abıyev, Gəncənin icra başçısını qəbul etmədiyi halda, qardaşı Əhəd Abıyev Elmar Vəliyevə yardım əlini uzadıb. Vəliyevin Göygöldə iqamətgah tikdirmək məsələsi gerçəkləşmədiyindən Daşkəsənin icra başçısı Əhəd Abıyev həmkarını əliboş geri qaytarmayıb. Ona Daşkəsəndə iqamətgah tikdirməyə şərait yaradıb.Maraqlıdır, düşmənçilik münasibəti sərgilədiyi icra başçısı ilə qardaşının dost münasibətdə olması Zəfər Abıyevin kefini pozmur ki?!

 

Bütün bunlardan belə nəticə hasil etmək olar ki, Zəfər Abıyev Elmar Vəliyevlə "mehriban düşmən” rolunda çıxış etməyi 10 əlli bacarmalıdır.

Bu şəxslər bir-birlərini "arzuolunmayan siyahı”ya atıblar. Kim qalacaq, kim gedəcək, onu zaman göstərəcək…(modern.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300