Təbii yollarla damarların təmizlənməsi və sağlamlığın qorunması üçün bu qidalardan istifadə edə bilərsiniz. Ürək narahatlıqları gündən-günə sağlamlığımızı daha çox riskə atır. Balanslaşdırılmamış qidalanma nəticəsində tıxanan damarlar ölüm riskini artırır.

 

Deyerler.org bildirir ki, siqaret, həddindən artıq spirtli içki qəbulu, yüksək xolesterin və hərəkətsiz həyat tərzi infarkt üçün böyük risk təşkil edən amillərdir. İnfarkt, toxuma və hüceyrələrə qan axınının məhdudlaşdırılması anlamına gəlir və ürək xəstəlikləri kimi bir çox ciddi problemlərə zəmin hazırlayır. Bitkilər damarların təmizlənməsi və sağlamlığın qorunması üçün yardımçı ola bilər, ancaq damar tıxanıqlığı ciddi narahatlıqdır və mütləq həkim nəzarətində müalicə edilməsi lazımdır.

 

İndi isə təbii üsullarla bu problemin həlləri ilə tanış olaq:

 

Yaşıl çay

 

Yaşıl çay damarlara ziyan verən oksidatif stressi azaldır və damarları təmizləyir. Bu sahədə də ürəyi qoruyur.

 

Asai üzümü

 

Xüsusilə xolesterini azaldan bu meyvə qan axınını tarazlaşdırır və ürək üçün çox faydalıdır.

 

Darçın

 

Antioksidant mənbəyi olan darçın qandakı şəkəri salır. Gündə 1 çay qaşığı darçının qandakı yağ nisbətini 26% nisbətində azaltdığı qeyd edilir.

 

Badam

 

E vitamini, həll edilə bilən lif və təkli doymamış yağlar baxımından olduqca zəngin olan badam tərkibindəki antioksidantlar sayəsində ürəyinizi qoruyur.

 

Nar

 

İçərisində saxladığı antioksidantlar sayəsində nar qan axınını artırır və damarların zəifləməsinin qarşısını alır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300