Alimlər baş ağrısına səbəb olan amillərlə bağlı genişmiqyaslı tədqiqatlar aparıblar.

Dünyada hal-hazırda baş ağrısı ən aktual problemlərdən biridir. Bu cür ağrı bir neçə dəqiqə və ya günlərlə davam edə bilər. Dünyada 1,6 milyard insan tenzion baş ağrılardan əziyyət çəkir. Qadınlar kişilərdən daha çox bu ağrılara məruz qalırlar.
 
Alimlərin keçirdiyi araşdırmaların nəticəsində məlum olub ki, emosional təzyiq baş ağrısına səbəb olur. İnsan əsəbləşən zaman onun boyun qaçırma və baş damarları təzyiqə məruz qalır. İnsan baş ağrısını və qəzəbi dəf etmək üçün bir neçə dəfə dərindən nəfəs almalıdır.
 
Bununla yanaşı stress də baş ağrının əsas amillərindəndir. İnsan emosional və psixoloji təzyiq altında olanda baş ağrı qaçılmaz olur.
Misal üçün həftə ərzində yığılan stress istirahət günlərində baş ağrıya səbəb olması mümkündür. İnsan 8 saat sağlam yuxu yatmaqla bu ağrını dəf edə bilər.
 
Az yuxu yatmaq da tez-tez baş ağrısı gətirir. Alimlərin sözlərinə görə, susuzluq baş ağrının yaranmasına səbəb olur. Gözlərin həddən artıq yüklənməsi də baş ağrısına səbəb olur. Məsələn, avtomobili uzun müddət idarə etmək gözlərin yorulmasına səbəb olur. Və ya kompüter monitoru qarşısında uzun müddət oturandan sonra baş ağrılara səbəb ola bilər. Hər saatda ən azı 10 dəqiqə dincəlmək lazımdır. İş prosesində monitoru gözlərinizdən 20 santimetr aralıda qoyulmalıdır. Alimlər son olaraq vurğulayıblar ki, düzgün olmayan qida rasionu və hava da dözülməz baş ağrıları yaradır.//deyerler.org

 

 

Uluyol.info

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300