Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə yer alan minlərlə yazılışı səhv, qəliz ərəb, fars və rus sözlərinin, mənası və mənbəyi bilinməyən söz və söz birləşmələrinin daha bir qrupunu ictimaiyyətin diqqətinə təqdim edib.

"Report" xəbər verir ki, indiki siyahıda 1000-ə yaxın söz yer alıb. Həmin sözlərdən bir neçəsini təqdim edirik.

Mənası anlaşılmayan sözlər: dınq, dınqadınq, dınqadırınq, dınq-dınq, dınqıldamaq, dınqıldanma, dınqıldanmaq, dıppıldama, dıppıldamaq, dıppıldanma, dıppıldanmaq, dirsəyəoxşarlıq, diskvarılıq, dodaqsızlıq, eşşəkbeli, eşşəkqulaqlı, eşşəkoyunu, eşşəkturpu, eyi, eyicə, eyiləmə, eyiləmək, eyilənmə, eyilənmək, eyiləşmək, eyilətmə, eyilətmək, əbləholma və s.

Mənası və yazılışı qüsurlu sözlər: efirlətmə, efirlətmək, ehmalsızolma, ekranlamaq, ekranlanma, ekssentrikli, ekssentriklilik, ekstremistolma, ekzot, elam, elamca, elegiyabəstələmə, elektrikçəkən, elektrodyanı, elektroqeydedicilik, elektromaqnitləşmə, elektromaqnitləşmək, elektromodelləşdirmək, el-xalq, elliptiklik və s.

Dialekt və ara sözləri: ditdələnmə, ditdələnmək, ditdəməmiş, ditdəmiş, elədə-elədə, əfə-əfə, əldənkasad, əldənvuran, əldənvurma, ərvahıdağılmış, əyrəmcə, fasonlu-fasonlu, gəmirtlənmək, gəmirtmə, gəmirtmək, gəmişdirilmə, gəmişdirilmək, gəmişmə və s.

Lüzumsuz sözlər və söz hallandırmaları: dinamitli, dinamitsiz, dindirtmə, dindirtmək, dinə-dinə, dınqıldada-dınqıldada,dınqıltılı, dınqıltısız, dinqo (it), dıppıldatma, dıppıldatmaq, dıppıltı, dıppıltılı, dıppıltısız, dir-dirriksiz, direktivli, direktivsiz, dirəkaltı, dirəkaltılı, dirəkcəli, dirəkcikli, dirəkciksiz, dirəklədə-dirəklədə, dirəklənə-dirəklənə və s.

Xatırladaq ki, bir neçə aydır ARNK yanında Tərcümə Mərkəzində "İşlək orfoqrafiya lüğəti" üzərində iş gedir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300