İsrailli alimlərin xərçəngin müalicəsində ŞOK KƏŞFİ
 
Həkimlər bədxassəli şişləri əməliyyat etməklə və ya onların gələcək inkişafını dayandırmaqla, məsələn, dərmanların köməyi ilə xəstəni ölümdən xilas edə bilər. Ancaq bu öldürücü xəstəlik metastaz verərsə, xəstənin vəziyyəti təhlükə altına düşür. Alimlər illərdir ki, insan orqanizmində şişlərin yayılmasına şərait yaradan mexanizmləri tədqiq edirlər, amma hələlik bu məsələdə irəliləyiş elə də çox nəzərə çarpmır. 

Publika.az xarici mətbuatına istinadən xəbər verir ki, yeni tədqiqat zamanı israilli alimlər aydınlaşdırıb ki, dəri xərçənginin ən təhlükəli variantı – melanoma başqa orqanlara da yayılır. Bu kəşf dəri xərçəng növünün səmərəli müalicəsinin axtarışında əsl sıçrayış ola bilər.

Həkim Karmit Levinin sözlərinə görə, melanoma təhlükəsi əvvəlcə dəridə peyda olmur, onlar beyin, qaraciyər və sümük iliyi kimi həyati vacib orqanların metastaz adlanan hüceyrələrində inkişaf edir: "Biz xərçəngin orqanlara yayılmasını müşahidə etdik və metastatik mərhələ başlananadək prosesi dayandırmaq üsulunu tapdıq".

Dəri xərçəngi fondunun məlumatına görə, son üç onillik ərzində melanoma xəstəliyindən əziyyət çəkənlərin sayı çoxalıb. Hər 52 dəqiqədən bir bu xəstəlik bir insanı ölümə məhkum edir. "Nature Cell Biology” nəşrində dərc olunmuş yeni araşdırmada melanoma müalicəsinin erkən diaqnostikasına dair tamamilə yeni üsul təklif edilib. Alimlər ümid edir ki, bu araşdırma tezliklə kədərli statistikanı dəyişməyə kömək edəcək.

İsrailli həkimlər müxtəlif mərhələlərdə xəstəliyin inkişafını və analizlərini diqqətlə araşdırıb. Onlar erkən melanomanı son mərhələsinə qədər araşdırıb, nümunələri öyrənib və dərinin derma qatının daxili morfoloji sahəsində təəccüblü dəyişikliklər əldə edib. Əvvəllər heç bir alim belə bir dəyişiklik tapmayıb. Bundan sonra İsrail mütəxəssisləri dəyişiklikləri doğuran səbəblərin araşdırılmasına başlayıb. Onlar mikroRNT (mikro ribonuklein turşusu) şişlərdə qeyri-adi qabarcıqlar tapıb.

Levinin sözlərinə görə, melonamanın dərinin epidermis qatında inkişaf etdiyi alimlərə çoxdan məlumdur. İlkin mərhələdə bu dəri xərçəngi növü orqanizmi "müstəmləkəyə” çevirmək üçün öz hüceyrələrini dərinin dərinliklərinə göndərə bilməz. Çünki onun qan damarlarına çıxışı yoxdur. Lakin sonrakı mərhələlərdə xəstəlik daha dərin qatlara – dermaya keçir və zəngin kapilyarlarla qan dövranına təsiri nəticəsində digər orqanlara öz hücumunu başlayır.

Orqanizmin dərinliyinə nüfuz edən şişlərin mexanizmini aşkar etməklə tədqiqatçılar xəstəliyin erkən mərhələsi üçün bu prosesi dayandıra bilən iki maddə tapıb. Onlardan biri şişlərin dərinin dərin qatlarına getməsinin qarşını alır, digəri isə qabarcıqlar dermaya artıq düşsə belə morfoloji dəyişikliklər edir. Hər iki maddə laboratoriya şəraitində sınaqdan keçib və yüksək effektivlik göstərib. Hələlik isə həkimlər dərman vasitələrinin hazırlanması ilə məşğuldur.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300