Lavrov: ABŞ Suriyada bizimlə əməkdaşlıq üçün Əsədin getməsini şərt qoşur
 
"Bəşər Əsədin hakimiyyətdən getməsi barədə razılıq əldə olunacağı təqdirdə, ABŞ Suriyada terrorizmə qarşı mübarizədə Rusiya ilə səylərini birləşdirməyə hazırdır”.
 
APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Serqey Lavrov gənclər forumunda sualları cavablandırarkən bildirib. "Onlar deyirlər ki, terrorizmə qarşı mübarizədə birləşmək olar, lakin əvvəlcə Əsədin devrilməsi ilə bağlı razılığa gəlmək lazımdır”, - deyə nazir söyləyib.
 
S. Lavrov qeyd edib ki, Qərb Əsədi diktator saydığı üçün onun devrilməsini tələb edir: "Biz isə deyirik ki, terrorla mübarizədə hər şeyi qaydasına qoyaq və sonra azad seçkilər təşkil edək. Qoy, xalq özü onu demokratik səsvermə yolu ilə hakimiyyətdən uzaqlaşdırsın”. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300