Avropa çempionatının ilk 1/4 final oyununun təyinatları açıqlanıb
 
Futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin Polşa - Portuqaliya oyununa təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, iyunun 30-da ilk yarımfinalçını müəyyənləşdirəcək qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Feriks Brıx olacaq. Ona yan xətt hakimləri qismində Mark Borş və Ştefan Lupp kömək edəcək. Bastian Dankert və Marko Frits əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Matçın dördüncü hakimi serbiyalı Milorad Majiç olacaq. Daha bir serbiyalı Milovan Ristiç isə ehtiyat köməkçi-hakim qismində meydana çıxacaq.

Hakim-inspektor Pyerluici Kollina (İtaliya), UEFA nümayəndəsi isə Roland Ospelt (Lixtenşteyn) olacaq.

Qeyd edək ki, Fransanın Marsel şəhərindəki "Velodrom" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300