?

Artıq məktəblilər orta məktəbə əlvida deyib "son zəng”lərini çaldılar. Qarşıda isə onları həm buraxılış, həm də qəbul imtahanı gözləyir. Hər iki imtahan abituriyentlərdə artıq stress və həyəcan yaradıb. Psixoloqların qənaətinə görə həddindən artıq həyəcan bəzən uşaqların bildiklərinin də bir anlıq unutmasına səbəb olur.

Uluyol.info "musavat.com"-a istinadən bildirir ki, aparılmış statistik hesablamalara görə, imtahan zamanı abituriyentlərin 96 faizi stress altında olur, bu da imtahanda istənilən uğurun əldə edilə bilməməsinə səbəb yaradır. Daha çox həyəcan xüsusən də ali məktəblərə qəbul imtahanı ərəfəsində olur. Abituriyentlərdən kimiləri bu həyəcanını imtahana girmədən əvvəl müxtəlif sakitləşdirici dərmanlarla aradan qaldırmağa çalışır, kimiləri isə tonoslaşdırıcı içkilər içməklə. Amma təbii ki, bunların heç biri hər zaman müsbət nəticə vermir.

Təbii ki, bu həyəcanın əsas səbəbi bu imtahanın onların taleyini, gələcəyini həll edən bir imtahan olduğunu düşünmələridir. Buna görə də məhz bu gün abituriyentlər üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu günlərdən biri olur.

Maraqlıdır, bəs şagirdlər qəbul imtahanı zamanı həyəcan və stressdən uzaq durmaq üçün nə etməlidir? Onların sakitləşdirici dərmanlar içməsi düzgündürmü?

Tibb elmləri doktoru, professor Adil Qeybulla sakitləşdirici dərmanların və tonoslaşdırıcı içkilərin əslində mənfi təsir etdiyini dedi: "Tonoslaşdırıcı içkilərdən və sakitləşdiricilərdən istifadə etmək məqsədə uyğun deyil. Əvvəla sakitləşdiricilərin qəbulu yaddaşa neqativ təsir edir. Tonoslaşdırıcı maddələrində orqanizmə ziyanlı olması haqda dəfələrlə deyilib. Bu içkilər ürək fəaliyyətini gücləndirir, ürəyi yorur və onsuzda həyəcan tonunda olan orqanizmə neqativ təsir edir. Şagirdlərin imtahan qabağı stressinin aradan qaldırılması psixoloji bir işdir. Hansı şagirdlər ki, soyuq qanlıdırlar, sakit halda imtahana hazırlaşır onların imtahan günündə problemləri olmur. Amma çox həyəcanlanan, emosional olan şəxslərlə mütəmadi olaraq psixoloq məşğul olmalıdır. Psixoloqlar efirlərə çıxmalı şagirdlərə ürək dirək, tövsiyələr verməlidir. Bu çox vacibdir.

Əslində tələbə qəbulu üzrə həyata keçirilən test sistemi bir sistem olmalıdır. İmtahan qəbulunda olan bir proses deyil. Şagirdlərin psixoloji reabilitasiyası, psixoloji müalicəsi, tərbiyəsi, bundan başqa imtahan sonrakı dövrdə depressiyaların qarşısının alınması üçün yollar nəzərə alınmalıdır. Hesab edirəm ki, Azərbaycan nə qədər qərb standartlarına yaxınlaşmayıbsa, bu kimi problemlər olacaq.

Qərb standartlarında qəbul imtahanları yoxdur. Həmin ölkənin orta məktəbini qurtarmış abituriyentlər ali məktəbə müəyyən ballar müqabilində imtahansız daxil olurlar. Daha sonra isə tapşırıqların verilməsi sayəsində onlar oranı bitirə bilirlər ya yox. Yəni ali məktəbdə oxumaq üçün hər insan öz gücünü, qabiliyyətini müəyyən edir və bunun əsasında da ali məktəbi seçir. Bu sistem hələ ki, bizdə yoxdur. Amma uşaqların psixikasına müsbət təsir edən, onu qoruyan bu cür tədbirlərə çox ciddi ehtiyac var. Çünki biz imtahanlardan sonra nə qədər intihar hallarının, depressiyaların şahidi oluruq. Valideynlərin özləri də imtahan periodu ərəfəsində uşaqlarla çox ehtiyatlı olmalıdırlar. Düzdür, onlar uşaqları başlı başına buraxa da bilməzlər. Amma uşaqlara həddən artıq psixoloji təsir, onların üstünə getmək qətiyyən yol verilməzdir Bu cür davranışın nəticəsi neqativ olur”.

Psixoloqlar məsləhət görür ki, imtahanlarda maksimum uğur qazanmaq üçün imtahana bir neçə gün qalmış ciddi hazırlıqlar dayandırılmalı, imtahan, onun gedişi, nəticəsinin necə olacağı barədə söhbətlər tamamilə yığışdırılmalıdır. İmtahan həyəcanını minimuma endirmək üçün abituriyent imtahanqabağı maksimum istirahət etməlidir.

Valideynlər uşaqlarına qarşı daha həssas olmalı onlara təzyiq etməməlidir. Abituriyentə "imtahanda uğur qazanmasan, biabır olacağıq”, "bizim üzümüzü qara çıxarma” və sairə bu kimi psixi gərginlik gətirən sözlər demək olmaz. Əksinə, uşağa aşılamaq lazımdır ki, o, müvəffəq olacaq. Müvəffəq olmasa da burada faciəvi heç nə yoxdur. Elə şərait yaratmaq lazımdır ki, abituriyent imtahanın nəticəsini yox, imtahanın gedişini düşünsün. İmtahan verərkən nəticəni düşünmək, fikrin yayınmasına və səhvlərə yol açır. Abituriyent düzgün tapdığı cavabı da cavab blankına səhv köçürür.

Ona görə də abituriyent daxilən rahat və sakit olmalı və ancaq dünənədək aldığı biliyi həyəcansız realizə etməlidir. İmtahana gedərkən səhər yeməyinə diqqət edilməli, mədəni çox yüklənməməlidir. Çünki mədə yüklənəndə qan dövranının böyük hissəsi mədədə toplanır və qidanın həzminə yönəlir. Belə olanda beyinə lazımi miqdarda qan çatmır. Bu da abituriyentin özünü səfərbər etməsinə və biliyini realizə etməsinə mane olur. Səhər yeməyində yaxşı olar ki, qədərində duzsuz pendir, adi kərə yağı, mümkündürsə bal yeyilsin. Yaxşı olar ki, şirin çaya üstünlük verilsin.

 

Uluyol.info

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Şərhlər:0

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
yenilə, əgər kod görünmürsə

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300