sitename

       Əlikram Xurşidov: "Biz azadlığa çıxdıq, qaldı Azərbaycan”

 

"Zahirən qocalmış kimi görünə bilərəm, əmma buna fikir vərməyin. Qəti ruh düşkünlüyüm yoxdur, əksinə həbsxana məni mübarizə üçün daha da ruhlandırıb”.

 

Bu sözləri bu gün həbsdən azad olunmuş Əlikram Xurşidov "Basta” əməkdaşının sualına cavab olaraq bildirib.

Əlikram Xurşidov hazırda Şirvanda öz yaxınları və müsavatçılarla bir yerdə olduğunu bildirib və siyasi məhbusların azad olunması üçün səy göstərən hər kəsə təşəkkürünü ifadə edib.

"Bizim azadlığımız üçün çalışanların istəyi yerinə yetdi.Biz azadlığa çıxdıq.Ümumi mübarizəmiz isə Azərbaycanın azadlığı uğrundadır. Bu mübarizəmiz sonadək davam edəcək!”, – deyə Əlikram Xurşidov vurğulayıb.


Ə.Xurşidov 2017-ci ilin noyabrın 24 -də həbs edilib. Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan "xuliqanlıq” ittihamı irəli sürülüb. Daha sonra o, polisə xəsarət yetirməkdə də ittiham edilib.

Müsavat Partiyası bu ittihamları əssasız sayır, Əlikram Xurşidovun siyasi fəaliyyətinə görə şərlənərək həbs edildiyini bildirir.//bastainfo,.com

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300