sitename

               İran İsraili hədələyib

 

İran İsraili hədələyib.

ONA-nın "Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb İsrail baş naziri Benyamin Netanyahunun İranın dəniz yolu ilə gəmilərlə neft daşıyaraq ABŞ sanksiyalarını aşmağa çalışdığını və buna görə İsrailin İran gəmilərinə müdaxilə edə biləcəyini bəyan etməsi olub.

İran müdafiə naziri Əmir Hatemi isə bu gün deyib ki, İran gəmilərinə müdaxilə quldurluq sayılacaq və İran ordusu buna sərt cavab verəcək. Müdafiə naziri İran ordusunun ölkənin gəmilərini istənilən təhdidə qarşı qoruyacaq gücə sahib olduğunu vurğulayıb. Xatırladaq ki, bundan əvvəl ABŞ-ın neft qarşısını alacağı halda İran Vaşinqtonu Hörmüz boğazını bağlayacağı ilə hədələmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300