sitename

        Yeni Zelandiya polisi terror aktının törədilməsində şübhəli bilinən daha bir şəxsi həbs edib

 

Yeni Zelandiya polisi Kraystçerç şəhərində yerləşən iki məsciddə terror aktları ilə bağlı cinayət işi üzrə ikinci şəxsin həbsi faktını təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat hüquq-mühafizə orqanının "Twitter"dəki rəsmi səhifəsində verilib.

"Biz Danidinedə 28 yaşlı kişinin qətli üzrə istintaq hərəkətlərinin gedişatında daha bir şəxsin həbs edildiyini təsdiqləyə bilərik. O, indi polis bölməsindədir, müstəntiqlər həmin şəxsdən ifadə alırlar. Ona qarşı ittihamlar təqdimatı üçün bizdə hələ əsas yoxdur, amma həmin şəxs barəsində istintaq hərəkətləri davam edir", - deyə Yeni Zelandiyanın polis komissarı Mayk Buş jurnalistlər üçün brifinqdəki çıxışında bildirib.

Komissar qeyd edib ki, martın 15-də məsciddə hücumda iştirakda şübhəli bilinərək həbs edilmiş iki nəfər bu mərhələdə terror aktının təşkilində şübhəli bilinmirlər. Onlardan birinə hücumla əlaqəli olmayan cinayət üzrə ittihamlar irəli sürülüb, digər şəxs azadlığa buraxılıb. Beləliklə, məsciddə hücumla bağlı hələlik yalnız bir nəfər - 28 yaşlı avstraliyalı ittiham edilib.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində onlarla insan həlak olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300