sitename

         Prezidentin əfv etdiyi ilahiyyatçı və dindarlar - siyahı

 

Ölkə prezidenti martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda bir sıra ilahiyyatçı və dindarların da adları var.

Belə ki, bu gün imzalanan əfv sərəncamı ilə azadlığa çıxacaq məhkumlar arasında ilahiyyatçılar Zülfüqar Mikayılzadə, Elman Ağayev və eləcə də Elçin Qasımovu göstərə bilərik. Qeyd edək ki, hər 3 şəxs 2015-ci ilin payızında həbs olunub. Elçin Qasımov Taleh Bağırovun lideri olduğu Müsəlman Birliyi Hərəkatının sədr müavinidir.

Bundan başqa, azadlığa buraxılanlar arasında 2015-ci il Nardaran hadisələri zamanı və ondan sonra həbs olunmuş Rasim Cәbrayılov, Elvin Bünyatov, Lәtif Әhmәdov, Qorxmaz Cәlalov, Ruzi İsmayılov da var.

 

Daha bir dindar məhbus Әlimxan Hüseynov və eləcə də bloqçu Rəşad Ramazanov da azadlığa buraxılanlar arasındadır.
Qeyd edək ki, azadlığa buraxılan məhkumlar arasında 2012-ci il "Eurovision” mahnı yarışması ərəfəsində həbs olunmuş "Azadxeber” saytının baş redaktoru Nicat Əliyevin adı da var.

Qeyd edək ki, dindar məhbuslardan İslam Partiyasının sədri Mövsüm Səmədov və eləcə də partiyanın bir neçə fəalı, həmçinin ilahiyyatçı Abgül Süleymanov, Elşən Mustafaoğlu, Sərdar Hacıhəsənli, Fərhad Mirzənin azadlığa buraxılacağı gözlənilsə də, onların adları əfv sərəncamında yer almayıb.

Kənan Rövşənoğlu, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300