sitename

          Türkiyədə hərəkat başladı: Ordu Xankəndini vursun!

 

Türkiyədə yaşayan bir qrup azərbaycanlı ziyalı Ermənistan Baş naziri Nikol Paşinyanın dövlət təhlükəsizlik şurasının iclasını Xankəndidə keçirməsinə qarşı kampaniya başladıb.

Axar.az xəbər verir ki, ziyalılar yaydıqları bəyanatda Paşinyanın bu addımının Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıq olduğunu bildiriblər.

"Nikol Paşinyanın Ermənistan Təhlükəsizlik Şurasının iclasını Xankəndidə keçirməsi yolverilməzdir, cinayətdir, Azərbaycan xalqına qarşı təhqir, Xocalı və Qarabağ şəhidlərinin ruhuna sayğısızlıqdır!

Biz xalq olaraq, Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu bildirir və Şanlı Azərbaycan Ordusuna "#AzərbaycanOrdusuXankəndinivur” deyirik!”, - bəyanatda qeyd edilib.

Artıq Türkiyənin Girəsun Universitetinin professoru, Oksford Universitetinin Sokrat mükafatı laureatı Aygün Attar, yazıçı-şair Elçin Aslangil, Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı Aygün Həsənoğlu, landşaftşünas, yazıçı Şəbnəm Karslı və başqa şəxslər sosial şəbəkələrdə #AzərbaycanOrdusuXankəndinivur həştəqi ilə kampaniyaya dəstək veriblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300