Belçikada şikayət edib məscidin tikintisini dayandırdılar

 

Belçikada məscid tikintisi şikayətlərə görə dayandırılıb. AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Hasselt şəhərində qeydə alınıb. Belə ki, Belçikanın Flaman bölgəsində ən böyük məscid olacaq "Badr camesi”nin inşası ötən gün dayandırılıb.

Yerli bələdiyyədən məscid rəhbərliyinə bildirilib ki, ərazidə yaşayan sakinlər tərəfindən çoxlu sayda şikayət daxil olub. Sakinlər bu bölgədə bir məscidin inşa edilməsini istəmədiklərini bildiriblər.

Ötən gün əraziyə gələn yerli bələdiyyə və polis əməkdaşları tikintinin dayandırılmasını tələb ediblər. Tikintidə çalışanlar ərazidən uzaqlaşdırıldıqdan sonra polis postu qurulub.

Məlumat üçün bildirək ki, Flaman bölgəsinin ən böyük məscidi mərakeşli iş adamlarının vəsaiti hesabına inşa edilirmiş.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300