Əlinin (ə.s) məziyyətləri

(birinci hissə)

 

Mərhəmətli, rəhmli Allahın adı ilə! Hz. Əlinin (ə.s) Peyğəmbərdən (s) sonra ən

üstün insan olduğunu isbatlayan ən dəyərli kitablardan biri də "Əl-Meyar vəl-

Muvazinə” əsəridir. Əbu Cəfər İskafi Bağdadda yaşayıb və mötəzilə məzhəbinə

mənsubdur. O və digər Bağdadın mötəzilə alimləri Əlini (ə.s) Peyğəmbər (s)

müstəsna olmaqla hamıdan üstün bilirlər. Qeyd etmək lazımdır ki, mötəzilə

məzhəbi Əlini (ə.s) üstün hesab etdiklərinə baxmayaraq Əbu Bəkr, Ömər və

Osmanın xəlifəliyini qəbul edirlər. Şiə alimləri bu etiqadın əsassız olduğunu isbat

etmək üçün müxtəlif kitablar yazdı. Muhəmməd bin Əli bin Noman "Ər-rəddu

ələl-mötəzilə fi imamətil-məfzul” kitabını və şeyx Müfidin (dördüncü əsrin sonu

və beşinci əsrin ilk onluğunda bu barədə yazdığı müxtəlif kitabları; "Əl-ifsah”,

"Əl-izah” və "Ən-nəssul-cəli” misal çəkmək olar.

Əbu Cəfər İskafi üçüncü əsrin birinci yarısında yaşayıb və mötəzilə məzhəbinin

məşhur alimlərindən hesab olunur. İyirmi iki kitab müəllifidir. İbn Nədim öz

"Fehrest” kitabında onun kitablarının siyahısını qeyd etmişdir. Iki kitabı Əlinin

(ə.s) üstünlüyünə həsr olunmuş və Onun fəzilətləri barədə yazılmışdır.

İbn Əbil Hədid "Nəhcül-Bəlağənin” 57-ci xütbəsinin şərhində İskafi barədə

yazır: "Şeyximiz Əbu Cəfər İskafi həqiqətən Əlini (ə.s) sevməkdə və onu üstün

bilməkdə mübaliğə edənlərdəndir. Bağdad mötəzilələri Əlini üstün saymaqda

məşhurdurlar. Amma Əbu cəfərin əqidəsi daha ixlaslı görünür”. "Əl-Məqamat fi

təfzili Əli (ə.s)” kitabı Əbu Cəfərin dördüncü kitabıdır və seyyid Rəzi o kitabdan

çox bəhrələnmişdir. "Əl-Meyar vəl-Muvazinə” kitabı müəllifin digər kitabları kimi

ona ünvanlanan çoxlu sayda suallardan sonra yazılmışdır. Müəllif və kitab barədə

bu qədər tanışlıqla kifayətlənib əsas mövzumuza keçid alırıq:

"Əl-meyar vəl-Muvazinə” kitabının birinci fəsli camaatın Əlidən (ə.s) üz

çevirmələrinin səbəblərini araşdırır. Qeyd edir ki, başlıca səbəb toplum şəklini alan

ədavətlər, kin-küdurət və cahiliyyət dövrünün təəssübkeşliyi idi.

 

كان سبب انحراف الناس عن عليّ هو الحقد و الضغينة، و العداوة الطائفية، و الحمية الجاهلية

Sonra böyük səhabələrdən nəql olunan və Hz. Əlinin (ə.s) üstünlüyünə dəlalət

edən rəvayətləri nəql edib və həzrətin bütün yüksək mənəvi və əxlaqi keyfiyyətlərə

malik olduğunu vurğulayır. Əbu Cəfər əlavə edir: "Bu gün – hicri təqviminin

üçüncü əsri- Bəni-Üməyyə padşahları aramızda yoxdur. Amma onların

düşüncələrini davam etdirən camaat hələ də mövcuddur”

و ان ملوك بني أميّة و إن كانت قد بادت فإن عامّتها و شيعتها فينا اليوم ظاهرة متعلّقة بما ورثوه من

ملوكهم الطاغية و أسلافهم الباغية

Müəllimlər məktəblərdə uşaqlara Əməvilərin düşüncələrini tədris edirdilər ki,

uşaqlar bu düşüncələrlə böyüsünlər və hətta qocalanda belə bu növ düşüncələr

onların başından çıxmasın. Belə ki, tədris üçün xüsusi kitabçalar hazırlanırdı və

orada xəlifələrin adlarını – Əbu Bəkr ibn Əbi Qəhafə, Ömər ibn Xəttab, Osman ibn

Offan və Muaviyə ibn Əbi Sufyan – bu ardıcıllıqla yazılırdı və Əli ibn Əbi Talibin

 

(ə.s) adı yazılmırdı, beləliklə avam adamlar Əlini (ə.s) tanımadı və hətta Əlidən

heç bir sözü dilə gətirmədilər.

فبلغ من عنايتهم بخطئهم في هذا الباب أن أخذوا معلّميهم‏ بتعليم الصبيان في الكتاتيب لينشئوا عليه صغيرهم و لا يخرج من

قلب كبيرهم و جعلوا لذلك رسالة يتدارسونها بينهم و يكتب لهم مبتدأ الأئمة أبو بكر بن أبي قحافة و عمر بن الخطاب و

عثمان ابن عفان و معاوية بن أبي سفيان، حتى ان أكثر العامة منهم ما يعرف عليّ بن أبي طالب و لا نسبه، و لا يجري على

لسان أحد منهم ذكره.

(Ayətullah Safi Qulpayqani "Əmanul-umməti minəz-zəlali vəl-ixtilaf” kitabında

Müaviyənin siyasətini izah edib. Qeyd edir ki, Müaviyə əslində Hz Peyğəmbərlə

(s) düşmən idi. Onun adını, dinini və Əhli-beytini məhv etmək üçün əlindən gələni

etdi. Sünni məxəzlərindən Müaviyənin mənfur siyasəti və siyasətinin icrası barədə

nümunələr nəql edir. Bəzi yerlərdə "Allah və Peyğəmbərindən (s) həya edirəm”-

yazıb Müaviyənin etdiklərini açıqlamayıb. Əlavə edir ki, Bəni Üməyyə və Bəni

Abbası xəlifələrinin siyasətləri nəticəsində camaat Peyğəmbərin Əhli-beytini

tanımadı və onların hədislərini eşitmədilər və o hədislərə istinad etmədilər...)

فهذا معاوية بن أبي سفيان يأمر بسب أمير المؤمنين، باب مدينة العلم وبطل الاسلام وابن عم الرسول وأخيه ومن أنزله

من نفسه بمنزله هارون من موسى، وعمل على قتل ريحانة الرسول وسبطه الأكبر، وكتب بعد عام الجماعة "ان برئت الذمة

ممن روى شيئا من فضل أبى تراب وأهل بيته" واستعمل على أهل الكوفة زياد بن أبيه وضم إليها البصرة، فكان يتتبع الشيعة

وهو بهم عارف، فقتلهم تحت كل حجر ومدر ، وأخافهم وقطع الأيدي والأرجل وبسمل العيون وصلبهم على جذوع النخل

وطردهم وشردهم عن العراق… واشتد الامر حتى أن المقرى قال: كان بنو أمية إذا سمعوا بمولود اسمه على قتلوه…ونقل

أبو عثمان الجاحظ : ان معاوية كان يقول في آخر خطبته: اللهم ان أبا تراب ( إلى آخر ما قال مما لم نذكره حياءا من الله

ورسوله ) …حتى تعلم أنهم لم يريدوا من سب علي الا سب رسول الله (ص) واطفاء نوره... هذا مختصر الكلام في سبب

اعراض الجمهور عن أحاديث أئمة العترة الطاهرة” (امان الامة من الضلال و الاختلاف: ص 39-56/ آیت الله لطف الله

صافی گلپایگانی)

Muhəmməd bin Hənəfiyyədən nəql olunan rəvayət də bu iddianın dəlili sayıla

bilər. Bildirilir ki, "Cəməl” döyüşündə Muhəmməd bir kişiyə hücum edir, nizəni

ona sancmaq istəyəndə o kişi deyir: "Mən Ömər ibn Əbi Talibin dinindəyəm!”.

Muhəmməd onun "Əli ibn Əbi Talib”- demək istədiyini başa düşür və onu

öldürmək fikrindən vaz keçir.

و مما يؤكد هذا ما يؤثر عن محمد بن الحنفية [عن‏] يوم الجمل، قال: حملت على رجل فلما غشيته برمحي، قال: أنا على دين

عمر بن أبي طالب !!! قال: فعلمت أنه يريد عليا !!! فأمسكت عنه‏

Kitabın ikinci fəslində Əbu Cəfər Hz. Əlinin (ə.s) üstünlüyünə dəlalət edən və

böyük səhabələrdən nəql olunan hədisləri araşdırır və əlavə edir ki, hərçənd ki,

Əbu Bəkrin və Ömərin üstün olmasına dair hədislər də var. Amma Əlinin (ə.s)

üstünlüyünə aid olan hədislər say baxımından çox, keyfiyyət baxımından isə

mötəbərdir. Camaata Müaviyəni "möminlərin dayısı” kimi tanıtdırdılar. Əli (ə.s)

Müaviyə ilə müharibə etdiyinə görə camaat Əliyə qarşı çıxdı və ona qarşı ədavətli

oldular. Camaat Ayişə, Təlhə və Zubeyrə xatir Əlinin (ə.s) imamlığını inkar etdilər.

Halbuki, həmin şəxslər Əlinin (ə.s) imaməti mövzusunda camaatı şəkk-şübhəyə

saldılar.

و قد مالوا عن إمامة عليّ بن أبي طالب و ضعّفوها، و بعضهم نفاها بما كان من خلاف عائشة و طلحة و الزبير، و قعود ابن

عمر و محمد بن مسلمة و أسامة بن زيد، و هؤلاء النفر الذين أوجبوا الشك في عليّ عندهم و ضعّفوا إمامته بقولهم‏

 

İkinci fəslin xülasəsi belədir ki, hakimiyyətin (məxsusən Müaviyənin) mənfi

təbliğatları nəticəsində camaat Əlidən (ə.s) üz çevirdilər.

Üçüncü fəsildə Hz. Əlini (ə.s) ondan qabaqkı xəlifələrlə müqayisə edib yazır:

"Siz özünüz Əlinin (ə.s) işlərinin dürüst olmasını, haqq əməlləri yerinə

yetirilməsində onun israrını, nəfsani istəklərə müvafiq olan əməllərdən

çəkinməsini, qəzəbini və hiddətini söndürmək üçün lazım olan səbrini nəql etdiniz

ki, heç bir ağıl sahibinə gizli deyil!”

[المقايسةبين ما صنعه أميرالمؤمنين من الصفح والرجاحة، و ما أتىبه من تقدّمه منالخفّة و الشراسة] وقد رويتم من

توخّيأمير المؤمنين للحقّ و تركهلإعمال الهوى و صبرهعلى كظم الغيظ مالا خفاء به عن[كل‏] ذي عقل.

Müəllif yazır: Əlini (ə.s) İsa peyğəmbərə (ə.s) bənzətmək olar. Belə ki, İsanın

ümməti iki hissəyə bölündü: Bəziləri onu həddindən artıq üstün tutub ona pərəstiş

etdilər. Bəziləri isə əksinə, onu lənətlədilər. Əli (ə.s) barədə də "Əliallahlılar-

Əlinin məhəbbətində ifrata varanlar” İsa barədə ifrat edənlər kimidir. Murciə isə

Əliyə qarşı kinli idilər və onlar İsaya qarşı kinli və ədavətli olan Yəhudilərə

bənzəyirlər. Hz Peyğəmbər (s) Əliyə (ə.s) buyurduğu hədislərdəndir ki, "sənin

barəndə iki dəstə (qrup) insanlar həlak olar; Məhəbbətdə ifrata varanlar və kində

(ədavətdə) ifrata varanlar”.

و لعليّ بن أبيطالب رضي اللّه عنه‏عند اختلاف الناس فيهمثل من عيسى بنمريم (ص(، فاختلفتالأمّة في عليّ أصنافا

كمااختلفت أمّة عيسى (ع)فيه أصنافا، و أفرطفيه قوم فعبدوه، وقصّر فيه قوم فمنزلةالنصارى في الإفراط، منزلة

الروافضفي الإفراط و منزلةالمرجئة في النصب والتقصير في عليّ منزلةاليهود في التقصير وشتم عيسى بن مريمصلّى

اللّهعليه. و في ذلكما يؤثر عن النبيّ(ص) أنّه قال لعليّ:يهلك فيك رجلان محبّمفرط، و مبغض مفرط

Rey, Bəsrə və Şam şəhərlərində yaşayan nasibilər də Əlini (ə.s) doğru tanımaqda

səhlənkarlıq etdilər.

Müəllif əlavə edir: Əliyə (ə.s) qarşı kin-küdurət və barəsində aparılan mənfi

təbliğatlara görə Əliyə yuxarıdan aşağı baxmaq istəyənlər bilsinlər ki, bütün bunlar

onun nöqsanına deyil, əslində onun fəzilətlərinə (üstünlüyünə) dəlalət edir.

Həzrətin çoxlu müxaliflərinin olmasını və müharibələrdə öz əhd-peymanlarına

vəfa etməyənlərin əməlləri Əlidə müharibə siyasətinin olmamasına işarədir –

deyirlər. Amma bu ona qarşı zülüm və ifrat dərəcədə insafsızlıqdır. Çünki, onlar

etdiyi əməllərinə heç bir tutarlı dəlil tapmadıqlarına görə bu minvalla özlərinə

bəraət qazandırmaq istəyirdilər.

Sonra Müəllif hər dörd xəlifənin xəlifəliyə seçilməsini araşdırır və Əlinin (ə.s)

xəlifəliyə seçilməsini ən dogru üslubla həyata keçdiyini vurğulayır. (Bu mövzuda

yazdıqlarını müəyyən səbəblər üzündən tərcümə və şərh etmirik. Ətraflı məlumat

toplamaq üçün oxucu özü "Əl-meyar vəl-Muvazinə” səh 44-49 müraciət edə

bilər).

Müəllif yazır: "Siz bilirsiniz ki, bütün üstün (əfzəl) insanların üstünlüyü bundan

ibarətdir ki, başqa insanların malik olduğu pərakəndə halda olan yaxşılıqlar və

bəyənilmiş işlərin hamısını özündə toplayıb…”

فقدعرفتم أن فضل الفاضل،و منزلة المتقدّم،إنما يكون بفضل وتفضل باجتماع مناقب الخيرفيه، و احتوائه علىالفضائل،

فيجتمعفيه ما يتفرّق فيغيره‏

 

Hz. Əlinin (ə.s) üstünlüyünə dəlalət edən səciyyələrini təqdim edirik:

Birinci: Allaha, Onun dininə, tövhidə elmi olan və tövhiddən üz döndərənlərin

müqabilində tutarlı dəlillərlə dayana bilməkdir.

 

العلمباللّه و بدينه، والذبّ عن توحيده، والقيام بحجّته على منعند عنه‏

Bu üstünlük barədə Qurani-Kərim buyurur: "…Heç bilənlərlə bilməyənlər (alimlə

cahil) eyni ola bilərmi?!...” (1) "Rəbbindən sənə nazil edilənin haqq olduğunu

bilən kimsə (haqqı görməyən) korla eyni ola bilərmi?” (2) "Allahdan Öz bəndələri

içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın

vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox

qorxurlar).” (3)

Ikinci: Hamıdan qabaq islamı qəbul etmək də üstünlük amili sayılır. ثم بعده التقدم في

الإسلام‏

Qurani-Kərim: "…Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl

(Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni

deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən

dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm

birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur…” (4)

Üçüncü: Allahın düşmənləri ilə cihad etmək. ثم جهاد العدو. Quran-Kərim: "Zərər

çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz

malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və

canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə

etibarilə üstün tutdu…” (5) "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və

öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq

olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır…” (6)

Dördüncü: Çətinliklərdə səbir etmək və qəzəb atəşinə su səpməyi bacarmaq:

ثم الصبر على البأساءو الضرّاء، وكظم الغيظ

Qurani-Kərim buyurur: "…Dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz

verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir…” (7) "Ey iman

gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar

olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı

müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu

növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!”

(8) "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul

qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə

müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq

(Allahın bəndələriyik) və Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər.” (9)

"Peyğəmbərlərdən əzm (və səbat, şəriət) sahibləri olanların səbr etdiyi kimi, sən də

(Allah yolunda çətinliklərə, əziyyətlərə) səbr et…” (10) "…Qəzəblərini udar,

insanların günahlarından keçərlər…” (11)

 

Zöhd və təqva ilə ibadət etmək, oruc tutmaq, namaz qılmaq və xeyirli işlər

görməyə tələsmək kimi Qurani-Kərimdə adı çəkilən və barəsində çoxlu sayda

ayələr olan əməllər də üstünlük amilidir (fəzilətlərdir). Bu sifətlərə malik olan şəxs

əlbəttə ki, digərlərindən üstündür.

ثم العبادة بالزهد والصوم و الصلاة والمسارعة في أعمال البرّ.فهذه مناقب الفضل، ومنازل الخير، فهي مذكورةفي القرآن

بالجملةو التفسير، فمنحازها و جمعها فهوالمتقدم بها [على‏] الناسباجتماعها.

Sonra müəllif Hz. Əlinin (ə.s) hamıdan qabaq müsəlman olmasını vurğulayir.

Əlavə edir ki, insanlar həddi-büluğa çatma mərhələsində fərqlidir. Hamının qəbul

etdiyi həqiqət budur ki, Əli (ə.s) Əbu Bəkrdən qabaq islamı qəbul etmişdir. Amma

bəzi sünnilər iddia edirlər ki, Əli (ə.s) islamı qəbul edəndə on beş yaşı tamam

olmamışdı. Yəni uşaq ikən müsəlman olub və bunun əhəmiyyətsiz olduğunu

deyirlər.

ليعلمواأن حكم البلوغ يختلف،و أن الناسيتفاضلون فيه، فمنزلة النبيّ(ص) لم يلحقها أحد،و منزلة عليّدونها لم يلحقها

أحد.ليعلموا أن أموره عندالفكرة فيها و الاستنباطلها منزلة على البينونةمن الناس و القربمن النبيّ (ص( لذلكاستحقّ أن

يكونمنه بمنزلة هارون منموسى- صلوات اللّه علىمحمد و على منتقدمه من الأنبياء- وقد رويتم أنّه اصطفاهلأخوته، و

قال:عليّ مني بمنزلة هارونمن موسى إلا أنهلا نبيّ بعدي‏

Müəllif onların cavabında yazır ki, "on beş yaş büluğun (yetkinlik yaşının)

həddi-hüdudu və başlanğıcı və sonu var. On beş, həddi-büluğun son yaş həddidir.

Həddi-bülugun başlanğıcını Allah və Onun Peyğəmbəri (s) bilir…” Müəllif bu

minvalla Hz. Əlini (ə.s) hamıdan qabaq islamı qəbul edən şəxs kimi tanıtdırır və bu

xüsusiyyəti imam üçün məziyyət hesab edir.

فقدأبان اللّه عليّ بنأبي طالب رضي اللّهعنه و عن جميعالمؤمنين في عقله فجعلهأول الناس بلوغا بعدالنبيّ (ص) و

أقدمهمإسلاما، و كان فيسن الأطفال، و عقول البالغين،فبان عقله و تقدمفي إسلامه و تكليفه.

Əbu Cəfər mövzunun davamında Əlinin (ə.s) həddi-büluğa çatmamış (on beş

yaşına çatmamış) gördüyü işləri, yerinə yetirdiyi əməlləri və buyurduğu mübarək

sözləri misal çəkir və əlavə edir ki, belə işləri həddi-büluğa çatmamış adi uşaq edə

bilməz.

Müəllif əlavə edir ki, Əlinin (ə.s) müsəlman olduğu dövrü də nəzərə alsaq bu

baxımdan da Əbu Bəkrdən üstündür. Çünki, maddi vəziyyətinin yaxşı olmadığı bir

vaxtda İslamı qəbul etdi, bütün çətinliklərə dözdü və bu üzdən hikmət (elm)

qəlbindən dilinə cari oldu.

فأسلمعليّ بن أبي طالبمع فقره، و نابذقومه مع فاقته، وخلع الدنيا [عن نفسه‏]مع حداثته و حاجته،و كثرة دواعيهو

نوازعه،فقمع الشهوة بصحة العزيمة،و أزال الوحشةبالانقطاع إلى اللّه، واعتصم بالتقوى، و تقوّى بالتوكّل‏و فارق

القرابة،و استبدل بهاالأنس باللّه، و كابدالمشقّة بحسن الفكرة، واستعمل الصبر بيقين القلب...فلذلك أجرى اللّه علىلسانه

ينابيعالحكمة،، و عرّفه داءالدنيا و دواءها، وما يحلّ بأهلها منأجل طلبها

"Əlinin (ə.s) sözlərini düşünün, onun xüsusiyyətlərini tanıyın və bilin ki, onun

yenilməz mərifəti onu bu dərəcəyə çatdırmışdır. Bu Əlidir (ə.s) ki, alimlərin səbri

və onların görəcəkləri dünya müsibətlərini Kumeyl ibn Ziyada danışır.

فتدبّرواكلامه، و تفهّموا صفاتهلتعلموا أن المعرفة الثابتةأدّته إلى هذه المنزلة[و] هو القائل فيصبر العلماء، و ما يلقونمن

مصائبالدنيا في بعض كلامهلكميل بن زياد.

Kumeyl ibn Ziyad deyir: Əmirəl-möminin Əli ibn Əbu Talib mənim əlimdən

tutub məni səhraya apardı. Şəhərin kənarına çatanda bəlaya düşmüş şəxs kimi bir

 

ah çəkdi. Sonra (elm və alimlər barəsində belə) buyurdu: "Ey Kumeyl ibn Ziyad!

Həqiqətən korluğun əsasını təşkil edən ilk şəxs, təəssüblə cəhlə əl uzadan və qələbə

çaldığını güman edən, dəlil və haqqın hökmlərini tapdayan şəxsdir…”

يا كميل بن زياد،إنّ أوّل من أسّسبنيان العمى و أدامتوثب الجهل‏ تعسّفا فظنّأنّه ظفر، و جازعن دليل احكام الحق‏…

"Ey Kumeyl ibn Ziyad! Bu qəlblər qabdır (elm, həqiqət və sirlərin qablarıdır) və

onların ən yaxşısı daha yaxşı saxlayanıdır (ona tapşırılan şeyi daha yaxşı qoruyaraq

yadda saxlayanıdır). Buna görə də (diqqətli ol və) sənə dediklərimi qoruyaraq

yaxşı saxla: İnsanlar üç qisimdirlər: Rəbbani və ilahi alim (yaradılışın başlanğıc və

sonundan xəbərdar olub ona əməl edən, Allahı tanıyan alim); (cəhalət və nadanlıqdan)

nicat və qurtuluş tapmaq yolunda olan elm axtaran və öyrənən; kiçik və zəif

"milçəklər” (müxtəlif çirkinliklərə bulaşmış nadan və qanmaz) ki, hər çağıranın

arxasınca (hər yola) gedir və hər küləklə bir tərəfə əyilirlər (düzü əyridən seçmirlər,

heç bir yolda sabitqədəm deyildirlər və qarşıya çıxan hər bir yola gedirlər), elm

nurundan işıq götürməyiblər (nadanlıq zülmətində qalıblar) və möhkəm sütuna (ağıl

və elm sütunları üzərində dayanan haqq əqidəyə) sığınmayıblar (onları öyrənməyiblər

və azdırıcı insanların arxasınca düşüblər).

Ey Kumeyl, elm maldan daha yaxşıdır. (Çünki) elm səni (dünya və axirət

çətinliklərindən) qoruyur, malı isə (məhv olmaqdan) sən qoruyursan. Bağışlamaq

malı azaldır, elm isə bağışlamaq (başqasına öyrətmək) nəticəsində artır...

Ey Kumeyl ibn Ziyad, elmlə tanışlıq və onu əldə etmək dindir ki, (qiyamət

günü) ona görə savab və mükafat verilər. İnsan elmlə öz həyatında (Allah,

Peyğəmbər və dini imam və rəhbərlərə) itaət və tabeçiliyi, ölümdən sonra isə yaxşı

və gözəl sözləri (xalqın onun barəsindəki xoş danışıqlarını) əldə edir. Elm hökm

edən, mal isə hökmə tabe olan və məğlubdur (mal əldən-ələ keçir və zavala

uğrayır, elm isə bərqərar və qalandır).

Ey Kumeyl ibn Ziyad, sərvət toplayanlar diri olmalarına baxmayaraq, həlak

olublar (onlar diri olsalar da qürur və azğınlıq onları məhv edəcəkdir). Alimlər,

zaman durduqca duracaqlar. Onların vücüdları (bu dünya ilə vidalaşmaqla) itib,

surətləri isə (xalqın onlar barəsində olan gözəl və xoşagələn xatirələri nəticəsində)

qəlblərdə bərqərardır. Bil ki, (mübarək əli ilə sinəsinə işarə edib) burada çoxlu elm

var, əgər onun üçün onu öyrənən şəxslər tapa bilsəydim! Bəli, zehni iti olan

tapıram, amma (həmin elmlər barəsində) ondan xatircəm deyiləm. (Çünki) o, dini

vasitələri dünya üçün istifadə edir və Allahın nemətləri (elm və mərifət əldə etmək

nailiyyəti) ilə Onun bəndələrinə və dəlilləri (ağıl və düşüncə) ilə Onun dostlarına

lovğalıq edir. Yaxud elm əhlinə itaətcil (danışıq və davranışında tabe) olan birini

tapıram, amma onun (da) öz ətrafı barəsində gözüaçıqlıq və ayıqlığı yoxdur;

qarşıya çıxan ilk şübhə onun qəlbində əks şəkk və güman alovu şölələndirir. Bil ki,

nə bu (bəsirətsiz tabe olan kəs) layiqdir (əmanət və həqiqi elm əhlidir), nə də o (iti

zehinli). Yaxud da ləzzət və kefdə ifrata varan və asanlıqla şəhvətə və nəfsi

istəyinə tabe olan bir kəs tapıram. Ya da (dünya malı və sərvət) toplamaq və

 

yığmaq vurğunu olan bir kəsi! Bu iki nəfər də dini hər hansı bir işdə qoruyanlardan

deyildirlər. Bunların ikisinə ən yaxın misal otlayan dördayaqlılardır. Belə bir

dövrdə elm, daşıyıcısı və qoruyanının ölümü ilə ölür (məhv olub aradan gedir).

Sonra buyurdu: "Ey Kumeyl, istəyirsənsə qayıt”.

 

ثُمَّقَالَ يَا كُمَيْلَ بْنَزِيَادٍ إِنَ‏ هَذِهِ‏ الْقُلُوبَ‏أَوْعِيَةٌ فَخَيْرُهَا أَوْعَاهَا… انْصَرِفْ يَا كُمَيْلُ إِذَاشِئْت‏

Kumeyl deyir: "Allaha and olsun ki, Əli (ə.s) bütün bəyənilmiş sifətlərin başıdır.

Bu üzdən Allah yolunda bütün çətinliklər onun üçün asan olur, qorxu və vəhşət

halında Allaha sığınırdı və Onunla ünsiyyət qururdu. Bunlara görə Allah onun

vasitəsi ilə öz bürhan və hüccətini saxladı”

فقالكميل: كان و اللّهأمير المؤمنين رأس أهل هذهالصفات الجميلة، فلذلك استلان عندهكلّ شديدة في جنباللّه، فآنس عند

كل وحشة ثقة منهباللّه، و لذلك حفظاللّه به بيّناته وحججه حتى زرعها فيقلوب أتباعه و أوليائه،و باشر روحاليقين بما منّ

اللّهعليه.

Əbu Cəfər İskafi Kumeyl ibn Ziyaddan nəql olunan və Nəhcül-Bəlağənin 147-ci hikməti

kimi yer alan Hz. Əlinin (ə.s) nurani kəlamlarını nəql etməklə bir daha o həzrətin

üstünlüyünü isbatlamış olur. (12)

               Hz. Əlinin (ə.s) məziyyətləri

(2-ci hissə)

 

Mərhəmətli, rəhmli Allahın adı ilə! Şübhəsiz Hz. Əli (ə.s) Peyğəmbər (s) istisna

olmaqla insanların ən üstünüdür. Həm Şiələr bu üstünlüyü isbatlayacaq iqtidara

malikdir, həm sünnilərin əksəıriyyəti buna etiraf etmiş və Əlinin haqqında

(fəzilətlərini çatdıran) hədisləri səhih və mötəbər bilməklə onun barəsində olan

üstünlükləri inkar edə bilməmişdirlər. "Əl-Ğarat” kitabının müəllifi həzrət Əli (ə.s)

barədə buyurur: "…Düşmənləri kin və həsəd üzündən Əlinin fəzilətləri barədə

danışmadı, dostları və şiələr qorxudan (təqiyyə üzündən) onun fəzilətlərindən söz

açmadılar. Lakin bütün bunlara baxmayaraq Əlinin fəzilətləri məşriqə və məğribə

yayıldı” ("Rozətul-Muttəqin fi şərhi mən la yəhzuruhul fəqih”, 13-cü cild, səh:

266; "...كتم أعاديه محاسنه‏ حسدا، و أحباؤه خوفا، و ما بين الكتمين ملأ الخافقين")

مَا أقُولُ فِى رَجُلٍ أسَرَّ أوْلِيَاؤُهُ مَنَاقِبَهُ تَقِيَّةً، وَ كَتَمَهُ أعْدَاؤُهُ حَنَقاً وَ عَدَاوَةً، وَ مَعَ ذَلِكَ قَدْ شَاعَ مِنْهُ مَا مَلَأتِ الْخَافِقَيْنِ‏.

Əli (ə.s) barədə saysız-hesabsız hədislər olmasına baxmayaraq bəzi vaxtlar

düşmənlər Peyğəmbərin (s) yanına gəlib ona Əlidən (ə.s) şikayət edərdi. Təbii ki,

Hz. Peyğəmbər (s) hər dəfə bu şikayətləri eşidəndə narahat olur, qəzəblənirdi.

Hətta mübarək üzünün rəngi dəyişirdi. Sonda həzrət hiddətlə onlara deyərdi:

"Əlidən nə istəyirsiz?!” "Əlidən nə istəyirsiz?!” "Əlidən nə istəyirsiz?!” (Bəzi

rəvayətlərə əsasən həzrət dörd dəfə o sualı təkrar edərdi!)

…وَ الْغَضَبُ يُعْرَفُ فِي وَجْهِهِ فَقَالَ مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ‏ مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ‏ مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ‏ إِنَّ عَلِيّاً مِنِّي وَ أَنَا مِنْهُ وَ هُوَ وَلِيُّ

كُلِّ مُؤْمِنٍ بَعْدِي.

Əli məndəndir, mən də Əlidənəm! O məndən sonra hər bir möminin vəlisidir”

Bəzən daha acıqla cavab verirdi həzrət, Əlidən şikayət edənlərə - "Əl çəkin

Əlidən!” "Əlini rahat buraxın”- deyə acıqlanardı! دعوا عليّا، دعوا عليّا، دعوا عليّا، انّ عليّا منّى و أنا

منه و هو ولىّ كلّ مؤمن بعدي

Bu iki "acıqlı söz” yəni "مَا تُرِيدُونَ‏ مِنْ‏ عَلِيٍ؟!" və ! دعوا عليّاŞiə və Sünninin hədis

mənbələrinin çoxunda nəql olununmuşdur. İbn Abbas nəql edir ki, Ömərin

ətrafındakı səhabələr Əli (ə.s) barədə danışırdılar (onun qeybətini edirdilər). Ömər

onlara dedi: "Əlidən əl çəkin!” (Onun qeybətini etməyin). Çünki, Peyğəmbərdən

(s) Əli (ə) barədə üç xüsusiyyət eşitmişəm ki, onlardan biri mənim olsaydı (mənə

aid olsaydı) günəş şüasının saçdığı bütün şeylərdən üstün (daha sevimli) olardı:

Mən, Əbu Bəkr, Əbu Ubeydə bin Cərrah və başqa bir səhabə Peyğəmbərin (s)

hüzurunda idik. Peyğəmbər (s) Əliyə söykənmiş vəziyyətdə idi. Ona dedi: Sən

imangətirmək və müsəlman olmaq baxımından möminlərin birincisisən...və Məni

sevib sənə düşmən kəsilən adam yalançıdır!

كفّوا عن‏ ذكر عليّ‏ بن أبي طالب، فإنّي سمعت رسول اللّه (ص) يقول في عليّ ثلاث خصال، لأن يكون لي واحدة منهنّ أحبّ إليّ ممّا

طلعت عليه الشمس؛ كنت أنا و أبو بكر و أبو عبيدة و نفر من أصحاب رسول اللّه (ص)، و النبيّ متّكئ على عليّ حتّى ضرب على

منكبه، ثمّ. قال: أنت يا عليّ أوّل المؤمنين إيمانا، و أوّلهم إسلاما. ثمّ قال: أنت منّي بمنزلة هارون من موسى، و كذب [عليّ‏] من زعم

أنّه يحبّني و يبغضك

Eyni adlı yazının 1-ci hissəsində Əbu Cəfər İskafi və onun kitabı barədə qısa

məlumat vermişdik. Bu yazıda isə həzrət Əlinin (ə.s) üstünlüyünü isbat edən

 

müddəalar və dəlillərlə mövzunu davam etdiririk kitabın bəzi mühüm bölmələrinin

tərcüməsini təqdim edirik:

Əli (ə.s) ilə müxalifət edənlərin sifətləri:

Əli ilə müxalif olanlar üç dəstədən ibarətdir. Onların vəsfi (sifətləri) belədir: Bir

dəstə müxaliflər şəhvət və nəfsani istəklərin mütiləri idilər. Onların məqsədi

dünyəvi arzularına çatmaq idi. Əli (ə.s) isə belə buyurmurdu. Bu üzdən Əlinin

beyətini sındırdılar və ondan üz döndərdilər. İkinci dəstə haqqa itaət edənlər idi.

Amma mərifətsiz (cahil, elmsiz, və mədəniyyətsiz) insanlar idilər. Onlar şəkk-

şübhə yaranan kimi (həll etməyə aciz olduqlarından) Əliyə beyət etməkdən boyun

qaçırdılar. Zahirdə haqq əhli ilə olsalar da (haqq əhli kimi görünməklərinə

baxmayaraq) haqqa kömək etmədilər. Zülm də etmədilər. Heç bir tərəfə meyl

etməyən bitərəf adam idilər. Üçüncü dəstə dünya malını yığıb saxlayanlar və

onların tabeçilərindən ibarət idi. Heyvan kimi idilər. Elm nurundan

faydalanmırdılar və heç bir dinin möhkəm əsaslarına söykənmirdilər.

و أمّا صفة من خالفه فعلى طبقات ثلاث: من منقاد للشهوة- و هم الذين بايعوه، فلمّا أملوا أن ينيلهم من الدنيا شيئا فلم يفعل، رجعوا إلى

نكث البيعة، و طلب الدنيا، و تشتّت الكلمة- أو منقاد لأهل الحقّ لا بصيرة له و هم الذين تخلّفوا عن بيعته رضي اللّه عنه‏ قدح الشك في

قلوبهم لأوّل عارض من شبهة، فلا هم نصروا الحق و كانوا مع أهله‏ و لا هم تعمّدوا الخطأ بالمعاندة، فهم في منزلة الوقف، أقعدهم

الشكّ لأول عارض من شبهة. أو منهوم و حريص بالجمع و الادّخار و أتباعهم كالأنعام السائمة التابعة لكل ناعق، أتباع لم يستضيئوا

بنور العلم، و لم يلجئوا إلى ركن وثيق.

 

Əli (ə.s) Hz. Peyğəmbəri (s) düşmənlərə təslim etmədi:

Islam dini yenicə meydana çıxanda Əli (ə.s) xüsusi fəzilətlər əldə etdi. Belə ki,

Bəni Haşim qəbiləsinin başına gələn böyük müsibətlərdən biri bu idi ki, bütün

ərəblər onlarla (Bəni Haşimlə) heç bir müamilə (rəftar, münasibət, davranış)

etməmələri üçün əhd etmiş və and içmişdilər. Onlara qarşı xüsusi amansızlıq

edirdilər ki, Bəni Haşim Hz. Peyğəmbəri (s) onlara təslim etsinlər və onlar da o

həzrəti öldürsünlər. Əli (ə.s) məxfi şəkildə və çətinliklə Bəni Haşim üçün buğda və

yeyinti aparırdı. Bu Bəni Haşimin xüsusilə də Əlinin üstünlüyüdür. Halbuki, o

vaxtlar Əbu Bəkr öz ailəsi ilə təhlükəsiz yerdə və rifah içində idi.

و له في بدء إسلامه فضيلة شريفة اكتسبها، و محن عظام اختصّ بها [و كان‏] أبو بكر منها بمعزل…و أبو بكر مع أهله في أمن وسعة.

فهذه فضيلة في بدء إسلامهم، ليس لأبي بكر مثلها، و هي من اعظم المصائب كانت على بني هاشم، لأن العرب تعاقدت و تحالفت أن لا

يبايعوهم، و لا يأمنوا فيهم حتى يدفعوا إليهم النبيّ (ص) ليقتلوه. و كان عليّ رضي اللّه عنه يحمل إليهم الطعام مسارقة [كانوا] يمنعون

من المبايعة.

 

Cihad və döyüş meydanında Əli (ə.s) bütün möminlərin üstünü idi:

Cihadın fəziləti bir neçə sifətin cəmlənməsi, döyüş silahlarından istifadə,

bədəncə (fiziki) gücə malik olmaq, şücaətli olmaq, döyüşə hazırlıq və döyüşü

aparmaq üsullarını və qoşun hissələrini idarəetmə üsulunu bilmək (hərbi taktikanı

mükəmməl şəkildə bilmək), hücumun vaxtlarını bilmək və hücuma məruz

qalmamaq üçün qəflətdən uzaq olmaq və sair fəzilətlərdən ibarətdir. Cihadın şərəfi

onu üsullarına düzgün riayət etməkdədir. Ölüm təhlükəsini gözə alaraq Allaha xatir

düşmənə tərəf getmək, qılınc və digər silahlarla zərbə endirmək cihad kimi böyük

bir ibadətin xüsusiyyətidir. Peyğəmbər (s) əshabı arasında öz şücaətilə tanınan

şəxslər Əli İbn Əbi Talib, Həmzə İbn Əbi Talib, Zubeyr ibn Əvvam və sair

 

səhabələr idi. Heç kəs Əbu Bəkr və Öməri Hz. Peyğəmbərin (s) şücaətli

əshabından saymadı.

و فضيلة الجهاد تكون بآلات مجتمعة و أسباب معروفة، منها: الشدّة في البدن، و الشجاعة في النفس، و العلم بالثقافة، و الحذر و

الفروسية. فالشرف في منزلة الجهاد يكون باستعمال الآلة، و لقاء الأبطال، و ضرب الأقران، و التغرير بالنفس، و إلقائها بين الأسنّة، و

الأهوال و المخاطرة وفاء للّه بعهده، و استئناسا ببيعته‏. فالمذكور من أهل الشجاعة و النجدة عليّ بن أبي طالب، و حمزة بن عبد المطّلب

و الزبير بن العوّام، و … ليس أحد يعدّ أبا بكر و لا عمر مع المذكورين بالحرب و الشجاعة،

Sonra müəllif Əlinin (ə.s) "Xəndək” döyüşündəki Əmr ibn Əbdəvidə endirdiyi

zərbədən söz açır (Xəndək döyüşünün əhvalatlarını və hadisələrini əlavə edir).

و هذا يوم الخندق خرج عمرو بن عبد ودّ دعا إلى البراز فأحجم الناس عنه في كل ذلك يقوم إليه عليّ رضي اللّه عنه فيكفّه النبيّ ص. و

ما كان ذلك من النبيّ ص إلّا دلالة على عليّ ليظهر و يكشف فضيلته على غيره للناس إذ لم يقدم عليه غيره…

Həmçinin müəllif "Bədr” döyüşünü xatırladır. Peyğəmbər (s) Bədr döyüşündə

buyurdu: "Qalxın və öz dininizi müdafiə edin” Həzrət həmişə Bəni Haşimi

camaatdan qabaq meydana göndərərdi. Amma "Xəndək” döyüşündə öncə Əliyə

icazə vermədi. Amma heç kəs Əmr ibn Əbdəvidə döyüşməyə hazır olmadığından

Peyğəmbər (s) Əlini (ə.s) döyüşə göndərdi.

فلما كان يوم الخندق فعل بعليّ ما رأيتم بكفّه عن المبادرة إلى عمرو، فلما بان إمساك الناس عنه، و تخلّفهم عن الإقدام عليه، قام عليّ بن

أبي طالب صلوات اللّه عليه في المرة الثالثة، فقال له النبيّ ص: يا عليّ إنّه عمرو بن عبد ود تأكيدا لما قلنا و تنبيها لمن كان له قلب أنه

أراد بذلك الدلالة على تقدّم عليّ و تفضيله- فقال له عليّ: و أنا عليّ بن أبي طالب يا رسول اللّه. فعمّمه بيده، و قلّده سيفه ذا الفقار، فخرج

إليه و المسلمون مشفقون، قد اقشعرّت جلودهم، و زاغت أبصارهم، و بلغت الحناجر قلوبهم، و ظنّ قوم باللّه الظنون‏ و النبيّ ص يدعو

له بالنصر… فهذه أحواله مكشوفة، و مناقبه في الحروب معروفة، و في الآثار مأثورة، و في السّير مذكورة، و في العامّة ظاهرة

مشهورة. شهد [مع‏] النبيّ ص في جميع حروبه و مغازيه، فمرة يأخذ الراية قدّامه، و مرة يتمشّى بسيفه بين يديه، ينفّس الكرب عن وجه

نبيّه ص و ينصر اللّه في قتل أعدائه .فكم من مبارز قد قتله‏…

Müəllif əlavə edir ki, Qureyş Əlinin (ə.s) tədbirinə və fikirlərinə tənə vursa da bu

onların həzrətə qarşı təəssüb və ədavətlərindən qaynaqlanır və heç bir tutarlı

sübutları yoxdur. Əlinin (ə.s) tədbirli insan olmasının ən mühüm əlamətlərindən

biri budur ki, Peyğəmbər (s) döyüşlərdə heç kəsi Əliyə (ə.s) başçı təyin etmirdi.

و قد تعلمون أن قريشا طعنت عليه في رأيه، و ضعّفته في تدبيره!! قلنا لهم: أمّا تضعيف قريش له في تدبيره و رأيه، فبالعداوة و

العصبيّة، لا بحقّ طعنوا، و لا حجّة [على دعواهم أقاموا] و إلا فليوقفونا من رأيه على غلط أو خطأ...و الدليل على فضل رأيه و رجاحة

تدبيره أنّه لم يولىّ عليه [قط] أحد في جيش في حروب النبيّ ص

Qureyşin sözü Əliyə çatdı. Əli onların sözündən təəccüb etdi və onları təkzib edib

buyurdu: "...Allaha and olsun (döyüş meydanında), qılıncdan daha tez qaçacaqsınız.

Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş

qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun

Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin

ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər

nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi

pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş "Əbu Talibin oğlu igiddir, ancaq

müharibə aparmaq qaydasını bilmir” dedilər. Allah atalarına rəhmət etsin! (Öz

dedikləri sözü fikirləşmirdilər.) Onlardan hansı biri döyüşdə mənim qədər çalışqan

və ciddi idi, yoxsa öndə getməkdə və ya müqavimətdə məndən artıq idilər? Hələ

iyirmi yaşıma çatmamış döyüşə hazır idim və indi də ömrümdən altmış ildən çox

keçmişdir. (Mənim döyüşlərdəki fikrim və tədbirim həmişə düz olmuşdur.) Ancaq

 

fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur”. (Nəhcül-

Bəlağə: 27-ci xütbə)

يَا أَشْبَاهَ الرِّجَالِ وَ لَا رِجَالَ حُلُومُ الْأَطْفَالِ وَ عُقُولُ رَبَّاتِ الْحِجَالِ‏ لَوَدِدْتُ أَنِّي لَمْ أَرَكُمْ وَ لَمْ أَعْرِفْكُمْ مَعْرِفَةً وَ اللَّهِ جَرَّتْ نَدَماً وَ أَعْقَبَتْ سَدَماً

قَاتَلَكُمُ اللَّهُ لَقَدْ مَلَأْتُمْ قَلْبِي قَيْحاً وَ شَحَنْتُمْ‏ صَدْرِي غَيْظاً وَ جَرَّعْتُمُونِي نُغَبَ‏ التَّهْمَامِ‏ أَنْفَاساً وَ أَفْسَدْتُمْ عَلَيَّ رَأْيِي بِالْعِصْيَانِ وَ الْخِذْلَانِ حَتَّى

لَقَدْ قَالَتْ قُرَيْشٌ إِنَّ ابْنَ أَبِي‏ طَالِبٍ رَجُلٌ شُجَاعٌ وَ لَكِنْ لَا عِلْمَ لَهُ بِالْحَرْبِ لِلَّهِ‏ أَبُوهُمْ‏ وَ هَلْ أَحَدٌ مِنْهُمْ أَشَدُّ لَهَا مِرَاساً وَ أَقْدَمُ فِيهَا مَقَاماً مِنِّي

لَقَدْ نَهَضْتُ فِيهَا وَ مَا بَلَغْتُ الْعِشْرِينَ وَ هَا أَنَا ذَا قَدْ ذَرَّفْتُ عَلَى السِّتِّينَ‏ وَ لَكِنْ لَا رَأْيَ لِمَنْ لَا يُطَاع‏

Əli (ə.s) lənətləmək (nifrin etmək, qarğımaq) və söyüş söyməkdən

çəkindiriridi:

Əli (ə.s) haqqa dəvət edərkən ən bəyənilmiş davranışlar nümayiş etdirir, layiqli və

ədəbli şəkildə Allahın qanunlarına əməl edirdi. Əmr edirdi ki, heç kəs söyüş və

lənət əhli olmasın! Camaat soruşurdu ki, "biz haqq deyilikmi?” və "bizlərlə

müharibə edənlər batil deillərmi?” imam buyurdu: "Bəli, amma mən sizin söyüş

söyməyinizi bəyənmirəmإِنِّي أَكْرَهُ لَكُمْ أَنْ تَكُونُوا سَبَّابِين‏"Amma əgər onların əməllərini

açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe

olmalarını, haqq yoldan çıxmalarını və bu kimi sözləri) xatırlatsanız, bu,

danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək "onlarla nə üçün müharibə

edir, vuruşursunuz?” deyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli

olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və

onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt!...” (Nəhcül-

Bəlagə: 206-cı xütbə)

و كان رضي اللّه عنه من مبالغته في الدعاء و حسن سيرته في الكفّ عن الأذى، و دعائه بالتي هي أحسن- اقتداء بأدب اللّه و طلبا لما هو

أصلح- أنه لما بلغه عن أصحابه أنهم يكثرون شتم مخالفيهم باللّعن و السّبّ، أرسل إليهم أن كفّوا عمّا بلغني [عنكم‏] من الشتم و الأذى.

فلقوه، فقالوا: يا أمير المؤمنين ألسنا محقّين؟ قال: بلى. قالوا: و من خالفنا مبطلون؟ قال: بلى، قالوا: فلم منعتنا من شتمهم؟ فقال: كرهت

أن تكونوا سبّابين و لكن لو وصفتم أعمالهم و ذكرتم حالهم كان أصوب في القول، و أبلغ في العذر، و [لو] قلتم مكان سبّكم إيّاهم: اللّهمّ

احقن دماءنا و دماءهم، و أصلح ذات بيننا و بينهم، و اهدهم من ضلالتهم حتّى يعرف الحق من جهله، و يرعوي من الغيّ و العدوان من

لهج به، فهذا من الكلام أحبّ إليّ لكم.

Müəllif hətta Əlinin (ə.s) Müaviyəyə yazdığı məktubda öncə onu salamladığını

vurğulayır:

 

من أمير المؤمنين‏ عليّ بن أبي طالب إلى معاوية بن أبي سفيان سلام عليك‏

"Əmali” (səh: 184) kitabı da həzrət Əlinin (ə.s) Müaviyəyə və ətrafına toplaşan

insanlara salam verməsini qeyd edir:

 

بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ‏ مِنْ عَبْدِ اللَّهِ عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ إِلَى‏ مُعَاوِيَةَ بْنِ‏ أَبِي‏ سُفْيَانَ‏ وَ مَنْ قِبَلِهِ مِنَ النَّاسِ، سَلَامٌ عَلَيْكُم‏

Müəllif bütün bunlardan belə nəticə alır ki, Əli (ə.s) hətta düşmənlərilə nəzakətlə

və vüqarlı davranmağı bilirdi. Əli (ə.s) heç vaxt düşmən döyüşə başlamadan

müharibəyə başlamazdı. Döyüşdən öncə döyüşün səbəbini düşmənlərinə başa

salardı. Düşmənlərə möhlət verirdi ki, bəlkə öz səhvlərini anlayıb müharibədən vaz

keçsinlər. Bütün bunlardan sonra döyüşə başlayardı.

إنّه كان رضي اللّه عنه لا يبدأ عدوّه بقتال حتى يبدءوه، و لا يحاربهم حتّى ينابؤهم، فلمّا ناباهم يوم صفّين و أنظرهم فلم يدعوا و لم‏

يرجعوا أمر مناديه فنادى في أهل الشام. ألا إنّي قد استدمتكم و استأنيتكم لترجعوا إلى الحقّ و تنثنوا إليه، و احتججت عليكم‏ بكتاب اللّه و

دعوتكم إليه فلم تناهوا عن طغيانكم، و لم تجيبوا إلى حقّ. ألا و إنّي قد نبذت إليكم على سواء إنّ اللّه لا يحبّ الخائنين‏.

Müəllif Əbu Süfyan xanədanının tabeçiləri tərəfindən Əbu Bəkr və Ömərin şəninə

yazılmış saxta hədisləri təkzib edir və bu hədislərlə onların Əlidən (ə.s) üstün

olmalarının mümkünsüz olduğunu bildirir və Sünni alimlərinə müraciətlə deyir ki,

 

"siz deyirsiniz ki, Peyğəmbər (s) sünnəsi Əbu Bəkr və Ömərin üstünlüyünə dəlalət

edir!!! Hansı sünnət (hədislər) onların Əlidən üstün olduğunu deyir?!”

 

قد قلتم: إنّ من السنّة تفضيل أبي بكر و عمر!!! فأيّ سنّة قامت بأنّهما عن عليّ ابن أبي طالب أفضل‏؟

Sonra müəllif onların əsaslandığı hədislərin qüsurlarını yazaraq hədislərin saxta

olduğunu isbatlayır.

Müəllif sonra İslam tarixinin səhifələrində ən mühüm tədbirlərdən hesab olunan

həm də Peyğəmbərin (s) təşəbbüsü ilə həyata keçən hadisələrdən birini qeyd edir.

Hz. Peyğəmbər (s) Mədinədə Mühacir və Ənsarın arasında (səhabələrin arasında)

qardaşlaşma günü məhz Əli ilə qardaş oldu. (Bu barədə "Hz. Əlinin (ə.s) yeddi

xisləti” adlı məqaləyə müraciət edə bilərsiniz) Müəllif əlavə edir ki, Əbu Bəkrə

fəzilətcə ən yaxın şəxs Ömər idi. Bu üzdən Peyğəmbər onları qardaş elan etdi.

Təlhə ilə Zübeyri, Əbdür-rəhman ibn Ovf ilə Osmanı qardaş etdi. Amma Əliyə

(ə.s) gəldikdə isə onu məhz özünə seçdi. Çünki, fəzilət baxımdan Peyğəmbərə (s)

ən yaxın şəxs odur.

ثمّ فكّروا في حديث المؤاخات و ما فيه من الدلالة الواضحة، إذ ميّزهم على قدر منازلهم، ثمّ آخا بينهم على حسب مفاضلتهم‏ فلم يكن أحد

أقرب من فضل أبي بكر من عمر فلذلك آخا بينهما، و أشبه طلحة الزبير و قربت منازلهما، لذلك فآخى بينهما، و كذلك فعل بعبد الرحمن

بن عوف آخا بينه و بين عثمان. ثمّ قال لعليّ: إنّما أخّرتك لنفسي أنت أخي و صاحبي. فلم يكن فيهم أحد أشبه بالنبيّ عليه السلام من

عليّ، و لا أولى بمواخات النبيّ منه، فاستحق بمواخات النبيّ عليه السلام لتقدمه على القوم، و كانت مؤاخاة علي أفضل من مؤاخاة غيره

لفضله على غيره.

Sonra müəllif "Qədir-Xum” hədisi və "Mənzilət” hədisinə istinadən bildirir ki, bu

iki hədisə əsasən Əli (ə.s) Peyğəmbərdən (s) sonra ümmətin ən üstünü idi.

Həmçinin Əbu Bəkr və Ömərin fəziləti barədə saxta hədisləri nəql və tənqid edir.

Qeyd edir ki, bu hədislər Bəni Üməyyə tərəfindən saxta olaraq quraşdırılıb və heç

bir məntiqlə uyğun deyil. Siz Peyğəmbərdən (s) nəql edirsiniz ki, buyurub:

1-"Məni tərəzinin bir tərəfinə və ümmətimi o biri tərəfinə qoydular. Mən agır

gəldim. Sonra Əbu Bəkri tərəziyə qoydular, o ağır oldu. Sonra Öməri tərəziyə

qoydular, daha ağır gəldi! Bu hədislə Ömərin Əbu Bəkrə üstünlüyünü və

peyğəmbərdən (s) iki dəfə üstün olduğunu isbat etmək istədiniz??! Bu hədisi

eşidən hər kəs onun batil olduğunu bilir.

رويتم عن النبيّ عليه السلام أنّه قال: «وضعت في كفّة، و وضعت أمّتي في كفّة فرجحت، ثم وضع أبو بكر فرجح، ثمّ وضع عمر

فرجح و رجح». فأوجبتم لعمر بهذا الحديث الرجحان على أبي بكر و محمد صلى اللّه عليه لأنّه رجح مرتين؟؟! فهذا من الحديث الذي

يعلم باطله عند سماعه.

2- "Əgər mən sizin aranızda peyğəmbərliyə seçilməsəydim Ömər seçiləcəkdi”.

Halbuki, Allahin iradəsi belə deyil ki, kafir və müşriki peyğəmbər seçsin!

 

و رويتم عن النبيّ صلى اللّه عليه أنّه قال: «لو لم أبعث فيكم لبعث عمر». فليس من حكم اللّه أن يبعث نبيّا قد أشرك و كفر.

3- "Əgər sizə əzab nazil olarsa Ömərdən başqa heç kəs o əzabdan qurtula bilməz!”

Bu hədislə Ömərin Əliyə üstünlüyünü isbatlamaq istədiniz. Amma nəticədə Öməri

Əbu Bəkr və Peyğəmbərdən (s) də üstün saydınız…!

و قلتم: «لو نزل فيكم عذاب لم ينج إلّا عمر» فأوجبتم له التقدمة على عليّ بأمر قد تقدّم فيه على أبي بكر و النبيّ عليه السلام…

4- Peyğəmbərin (s) duasını nəql edirsiniz ki, "Ey Rəbbim! Əbu Cəhl ibn Heşam və

Ömər ibn Xəttabın müsəlman olması ilə islama izzət ver!” İddia edirsiniz ki,

peyğəmbərin (s) duası Ömər öçün müstəcab oldu! Halbuki, bu Allahın hökmü və

 

məşiyyəti ilə uyğun gəlmir. Allahın iradəsi belədir ki, kafirdən kömək istəmir və

müşrik üçün bağışlanma tələbi etmir.

و رويتم عن النبيّ عليه السلام أنّه قال: «اللّهمّ أعزّ الإسلام بأبي جهل بن هشام، أو بعمر بن الخطاب» فسبقت الدعوة لعمر!!! و هذا غير

جائز كالأوّل لأنّه في العقول مستنكر، و في حكم اللّه باطل، لأنّ من حكم اللّه أن لا يستنصر كافرا و لا يستغفر لمشرك، لقوله: «إِنَّا

لَنَنْصُرُ رُسُلَنا وَ الَّذِينَ آمَنُوا فِي الْحَياةِ الدُّنْيا» [Mumin surəsi, 51-ci ayə]. و قال: «ما كانَ لِلنَّبِيِّ وَ الَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا

لِلْمُشْرِكِينَ وَ لَوْ كانُوا أُولِي قُرْبى‏» [Tövbə surəsi, 113-cü ayə].

Biz Əbu Cəhl qədər Allaha və Rəsuluna qarşı kinli və ədavətli şəxs tanımırıq. O

ölənə qədər bu vəziyyətdə qaldı. Belə olduqda necə mümkün ola bilər ki,

Peyğəmbər (s) Əbu Cəhl üçün dua etsin və onu Ömərdən qabaq qeyd etsin,

Halbuki, Əbu Cəhl lənətə layiq şəxs idi?!

و لا نعلم أحدا بلغ من عداوة اللّه و رسوله و الكفر باللّه ما بلغه أبو جهل، و تلك حاله كانت إلى أن مات، فكيف يدعو له النبيّ عليه السلام

بهذه الدعوة، و يبدأ به قبل عمر؟! و هو ممن استحقّ من اللّه اللعنة و الخذلان؟!!

Bu hədislər həzrət Əlinin üstünlüyü barədə özünüzün nəql etdiyiniz hədislərlə necə

müqayisə oluna bilər?! Əlinin şənində olan hədislər məşhurdur, ağılla uyğundur,

üstünlüyə dəlalət etməsi də tamdır. Heç kəs o hədislərin düzlüyü və tutarlılığında

tərəddüd etməmişdir.

فأين هذه الأحاديث من الأحاديث التي رويتم في عليّ بن أبي طالب صلوات اللّه عليه في الشهرة و الدلالة، و مضيّها عند النظر على

الاستقامة و الصحّة؟!!.

Sonra müəllif Hz. Əlinin üstünlüyünə aid hədisləri qeyd edir: "Hər kəs Əlini

incidərsə (əziyyət edərsə) məni incitmişdir, məni incidən hər kəs Allahı

incitmişdir”, "Hər kəs məndən ayrı düşərsə Allahdan ayrılar, Əlidən ayrılan hər kəs

məndən ayrılmışdır” Müəllif sonra "hədisut-tayr”-ı nəql edir. Əlinin fəzilətinə aid

hədisləri yazmaq istəsək müfəssəl olacaq. Sizi öz səhvinizi anlamağınız üçün məhz

bir neçə hədis təqdim etdik. Hidayət olmaq istəyirsinizsə yetər ki, Əlinin

üstünlüyünə aid nəql etdiyiniz hədislər barədə düzgün düşünün, düzgün

düşündüyünüz təqdirdə hədislərin biri kifayət edəcəkdir.

«من آذى عليّا فقد آذاني و من آذاني فقد آذى اللّه» «و من فارقني اللّه فقد فارق اللّه و من فارق عليّا فقد فارقني‏. و حديث الطير: «اللّهمّ

جئني بأحبّ خلقك إليك يأكل معي من هذا الطائر» فجاء عليّ فأكل معه‏. و لو آثرنا أن نذكر جميع ما في الآثار من مناقبه و فضائله

الدالّة على تقديمه لطال ذلك و كثر، و إنما ذكرنا من ذلك جملا، تنبيها لكم على خطائكم و اتّباعكم أهواءكم بغير علم و لا حجّة. فإن

أردتم معرفة الهدى فيما قلنا- دون ما قلتم من الرواية- فالتمسوا ذلك بالتدبّر لما رويتم في شأن عليّ‏ و إن التمستم معرفة ذلك بالنظر و

الجواب و المسألة كان في بعض ما ذكرناه كفاية و حجّة.

Əli (ə.s) təqva, səbr və ibadət baxımdan hamıdan üstün idi, bu dünyanın

zivərindən hamıdan çox çəkinərdi, çətinliklərdə və döyüş meydanlarında

hamıdan çox səbirli idi, minacat mehrablarında və ibadət məqamında

hamıdan çox abidlik edərdi. Sonra müəllif sadaladığı sifətlərin hər biri üçün

tarixi nümunələr təqdim edir.

في أن الإمام أمير المؤمنين عليّ بن أبي طالب عليه السلام كان قد فاق العالمين زهدا و صبرا و عبادة؛ و كان أزهدهم في الزخارف

الدنيوية و أصبرهم عند الهزاهز و الشدائد و أعبدهم في ساحاة المناجاة مع اللّه و مقام العبودية ثمّ ارجعوا إلى النظر في الزهد، و درجته

لتعلموا أنّ عليّ بن أبي طالب قد برز على الزاهدين بزهده و صبره، و سبق العابدين بعبادته‏. فكان ممّن يطعم الطعام على حبّ اللّه

مسكينا و يتيما و أسيرا و كان من المؤثرين على أنفسهم و إن كانت بهم خصاصة. و كان من الكاظمين الغيظ، و العافين عن الناس. و

كان من الصابرين على البأساء و الضرّاء. و كان ممّن قسم بالسويّة، و عدل في الرعيّة، و لم يرزأ شيئا من مال اللّه‏ و لم تدع‏ عليه

زلّة، و لا تهمة و لا تكبّر و لا حميّة…

 

Əlinin (ə.s) vəsiyyətinin mətni:

 

Sonra müəllif Əlinin (ə.s) oğlu imam Həsənə (ə) etdiyi vəsiyyətdən söz açır. Əli

(ə.s) vəsiyyətində dünyadan köçdükdən sonra öz qatili ilə necə rəftar olacağını

vəsiyyət etdi. İmam Həsənə buyurdu ki, istəyirsənsə qatilimi bağışlaya bilərsən.

Amma qisas almaq istəsən ona məhz bir zərbə vur. Sonra Allahın təkliyinə və

Peyğəmbərin risalətinə şəhadət verərək vəsiyyətini davam etdirdi. Bildirdi ki, xalq

arasında sülh yaratmaq müstəhəb namaz və orucdan daha yaxşıdır. Yetimlər,

qonşular, fəqirlər, Quran, Allah yolunda cihad etmək, Peyğəmbərin zurriyyəti, iki

zəif dəstə yəni qadınlar və kölələr, yaxşı işlərə əmr etmək və pis işlərdən

çəkindirmək və sair mövzular barədə öz dəyərli sifarişlərini verdi.

Teologiya alimləri həzrət Əlinin (ə.s) "Tövhid” barədə buyurduqları xütbələrdən

bəhrələnirdi, vaizlər isə məclislərdə öz moizələrini Əlinin xütbələri ilə bəzəyərdi.

Amma dedikləri sözləri Əliyə istinad etməzdilər. Sanki, özününküdür kimi çıxış

edərdilər!!

و أعجب من هذا! أنّ عامّة ما ذكرنا من كلامه- و ما لم نذكره من خطبه في التوحيد و الثناء على اللّه و تذكيره و مواعظه- قد تحلّى بها

أكثر المتكلّمين و تزيّن بها الواعظون و تكسّب بها القصّاص و تكثّ

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300