Baş redaktor haqqında açılan cinayət işindən danışdı

 

Sabah keçmiş döyüşçü, "Teref.info” saytının baş redaktoru Nurəddin Xocaya qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Nurəddin Xocanın Yenicag.az-a verdiyi məlumata görə, ona qarşı dövlət əleyhinə yönələn açıq çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət işi açılıb.

Nurəddin Xoca bildirib ki, saytda gedən yazıları oxuyan iki nəfər – ər-arvad həyacanlanaraq şikayət veriblər:

"Yazını oxuyan şəxslər Şüvəlandan Bakı şəhər prokurorluğuna qaçıblar və şikayət ediblər ki, yazını oxuduqdan sonra qorxmuşuq. Şikayət edənlərdən biri üzündən yazı oxuya bilmir. Onlardan soruşurlar ki, nə zaman oxumusunuz yazını? Bildirdilər ki, 15.07.2018-ci ildə yazını oxuyublar. İyul ayının 16-sı da ərizə yazıblar. Maraqlıdır ki, iyul ayının 11-i baş redaktoru olduğum "Teref.info” saytı bloklanıb. İyulun 13-ü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişəm ki, saytım niyə bloklanıb? Nazirlik 02.08.2018-ildə mənə cavab göndərib ki, məhkəmə qərarı olmadığı üçün saytınızı bloklaya bilmərik. Məhkəmədə Prokurorluğa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat verib ki, 13.07.2018-ci ildə "Teref.info” saytını bloklamışıq. Şikayət edən şəxslər bloklanmış sayta girirlər, yazını oxuyurlar və həyəcanlanırlar. Bloklanmış sayta necə giriblər, mənə də maraqlıdır. Vəkil şikayətçilərdən soruşur ki, yazını necə oxumusunuz? Kişi deyir, mənim başım çıxmır, arvadım girib oxuya bilir. Arvadı da deyir ki, "google”a girirdim. Orada dırnaq açıb teref.info yazıb sayta girirdim. Bu cür girəndə sayta daxil olmaq yox, sayt haqqında yazılanları görmək olar”.

Nurəddin Xoca məhkəməyə verilmə səbəbinə gəldikdə isə bunları deyib:

"Musavat.com” saytında həmin hadisədən 3 ay əvvəl Etibar Pirverdiyevin bitkoin gətirməsi ilə bağlı yazı çıxmışdı, onu vermişdim. Bir də "Reportyor.info”nun Mingəçevirdə olan hadisələrlə bağlı yazısını sayta qoymuşam. İkinci yazıda dövlətin ayırdığı milyonlarla pulların Etibar Pirverdiyev tərəfindən mənimsənildiyi və iki gün ərzində Azərbaycan dövlətinin imicinin yerlə bir olduğu qeyd olunmuşdu. O yazıların heç birində mənim bir kəlmə sözüm yoxdur. Yazının ikisini də istinadla sayta qoymuşam. Əslində prezident İlham Əliyev öz çıxışında dedi ki, necə ola bilər, 100 milyonlarla pul ayrılıb, ancaq Azərbaycanın elektrik sistemi bir tək Mingəçevirə bağlıdır. Burada dövlətə qarşı hansı çağırış var? Əksinə bunları yazmaqla dövlətə kömək olmuşuq. Bu hadisələrdən sonra Etibar Pirverdiyev də öz vəzifəsindən azad edildi. Əgər günahı olmasa idi, işdən çıxarılardı?”.

Ona qarşı açılan cinayət işi ilə bağlı isə Nurəddin Xoca bildirib ki, ittihamlar məntiqsizdir:

"Cinayət Məcəlləsinin 309.2 – vəzifə səlahiyyətlərini aşma və maddə 313 – vəzifə saxtakarlığı ilə cinayət işi açıblar. Jurnalist vəzifəli şəxsdir ki? Vəzifəli şəxslərlə bağlı qərar var. O qərara əsasən jurnalistlər vəzifəli şəxs sayılmır. Nə saxtakarlıq etmişəm? Kiminsə yazısını götürüb, öz adımdan vermişəm? Digər maddə isə 281.2 – dövlət əleyhinə yönələn açıq çağırış. Hansı çağırışdan söhbət gedir, bunu anlamaq olmur.

Jurnalistin başına bir iş gələndə bu, beynəlxalq təşkilatların hesabatlarına düşür. Jurnalistə qarşı belə bir iş açmaq və aparmaq bizi sevməyənlərin əlinə oynamaq deməkdir”.

Sonda Nurəddənin Xoca qeyd edib ki, hazırda jurnalistə qarşı belə çirkin oyun aparmaqla prezidentin apardığı siyasəti baltalayırlar.

Səxavət Məmməd

www.yenicag.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300