Türkiyə Belçikaya etiraz notası verdi

 

Türkiyə Belçikaya etiraz notası verib.

"Hurriyet” yazır ki, Belçikanın Türkiyədəki səfiri Mişel Malherbe Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona Belçikada terrorçu PKK qruplaşması ilə əlaqəsi olan şəxslərə xəbərdarlıq edilməsinin qarşısının alınmasından Türkiyənin narahat olduğu çatdırılıb.

Bildirilib ki, Türkiyə Belçikanın PKK ilə əlaqəsi olanlara xəbərdarlıq edilməməsi qərarından şikayət verəcək.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib ki, Belçika Prokurorluğu tərəfindən terrorçu PKK qruplaşması ilə əlaqəsi olan 36 hüquqi və fiziki şəxsə qarşı başlayan cinayət işinin qarşısını alan qərar qəbuledilməzdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300