sitename

           Azərbaycanda bu məhsullar ucuzlaşıb (SİYAHI)

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.

 

Qaynarinfo-nun məlumatına görə, cari ilin fevralında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb.

 

Ay ərzində düyü, un, manna yarması, makaron məmulatları, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları və pendir, bitki yağları, limon, naringi, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, qarabaşaq yarması, yumurta, kərə yağı, yerkökü və çuğundurun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabılar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, velosipedlər, mobil telefonlar, televizorlar, zərgərlik məmulatları, dəftərxana ləvazimatları, kəsilmiş taxta, sement, kərpic, nitro, sulu və yağlı boyaların qiymətlərində artım, geyim, soyuducular, paltaryuyan maşınlar, tozsoranlar, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Cari ilin fevralında yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri artıb, respublikadan kənara istirahət turlarının, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə azalıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (Trend)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300