sitename

        Liviyada Rusiyapərəst Şərq ordusu paytaxt Tripoliyə doğru hücuma hazırlaşır

 

"Şərqi Liviya silahlı qüvvələri” adlanan və Qərbdə daha çox üsyançılar kimi tanınan silahlı birləşmələr mərkəzdə möhkəmlənib ölkəni tam ələ keçirmək üçün qəti hücuma hazırlaşırlar.

BƏƏ-də fəaliyyət göstərən "Gulf News” agentliyinin məlumatına əsasən, Qərbin dəstəklədiyi mərkəzi hökuməti tanımayan üsyançılar əllərində olmayan son neft yataqlarını tutmağı bacarıblar.

Qərb diplomatlarının söylədiyinə görə, üsyançıların hərəkət sürətindən heyrətlənən BMT indi şərq qüvvələrinin komandanı general Xəlif Xəftər və legitim hakimyyətin rəhbəri, baş nazir Faiz əl-Sarac arasında vasitəçilik rolunu yenidən bərpa etməyə çalışır.

Avropa və ABŞ bu təşəbbüsün Muəmmər Qəzzafini devirlməsindən sonra ölkədə yaranan xaosu önləmək yolunda sonuncu şans olmasından ehtiyat edir.

Əgər Xəlif Xəftər həqiqətən paytaxt Tripolini ələ keçirsə, bu, Putin rejiminin Qərb üzərində Suriyadan sonra ikinci böyük zəfəri sayılacaq.

Xəlif Xəftər rəsmi surətdə Rusiya müdaifə naziri Sergey Şoyqu və xarici işlər naziri Segey Lavrov tərəfindən ölkə lideri kimi qəbul olunan adamdır.

Rəsmi Moskvanın üsyançı generala 2 milyard dollarlıq silah yardımı etdiyi də bilinir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300