Bir gün sonra nişanı olacaqdı, bu gün dəfn edildi -24 yaşlı gəncin faciəsi

 

Martın 9-na keçən gecə Qax rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 24 yaşlı Məcid Məmmədrəhimovla bağlı dəhşətli faktlar üzə çıxıb.

Uluyol.az Publika.az-a istinadla xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində "Mercedes” markalı yük avtomobili ilə toqquşan "QAZel” markalı mikroavtobusda toqquşan 24 yaşlı gəncin martın 10-da nişan mərasimi olacaqmış.

Məcidin əmisi oğlu, Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli bildirib ki, nişan məclisi üçün evdə bütün hazırlıqlar görülüb, hədiyyələr, xonçalar düzülübmüş.

Nişan üçün Qaxdan doğma rayonuna yola düşən 24 yaşlı Məcid Məmmədrəhimov doğulduğu Köhnə Xudat kənd qəbiristanlığında dəfn edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300