sitename

       Efiopiyada təyyarə qəzasında 19 ölkənin vətəndaşının öldüyü açıqlanıb

 

Bu gün Efiopiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb.

ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin məxsus olduğu "Ethiopian Airlines Group” aivaşirkətinin nümayəndəsi Əddis-Əbəbədə keçirilən mətbuat konfransında bildirib ki, qəzada 149 sərnişin və 8 heyət üzvü həyatını itirib.

Qəzada ölənlərin 18-i Kanada, 9-u Efiopiya, 8-i İtaliya, 8-i Çin, 8-i ABŞ, 7-i Böyük Britaniya, 7-i Fransa, 6-ı Misir, 5-i Hollandiya, 4-ü Yeni Zelandiya, 4-ü Hindistan, 4-ü Slovakiya, 3-ü Avstriya, 3-ü İsveç, 3-ü Rusiya, 2-i Mərakeş, 2-i İspaniya, 2-i İsrail, 1-i Belçika vətəndaşıdır. Üç sərnişində isə BMT pasportları olub, onların milliyəti dəqiqləşdirilir.

Qeyd edək ki, bu gün səhər Efiopiyada göyərtəsində 157 sərnişinin olduğu "Boeing 737” təyyarəsi qəzaya uğrayıb. Əddis-Əbəbədən Keniyaya Nayrobi şəhərinə uçan təyyarə yerli vaxtla saat 08:44 radələrində Oromiya regionunda, Debre-Zeyt yaşayış qəsəbəsi yaxınlığında yerə çırpılıb. Qəzada sağ qalan olmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300