Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır -Ukrayna mediası

 

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədən qaçmağa hazırlaşır.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş iqtisadiyyat naziri Vladimri Lanovoy məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı gəlirlərini artımaq üçün "müharibəni uzatmaqla” məşğuldur. Bu il isə o, keçən illə müqayisədə gəlir bəyannaməsini 82 dəfə artıq göstərib.

V.Lanovoy son günlərdə Rusiyadan köhnə hərbi texnika alınaraq Ukrayna ordusuna satılması ilə bağlı yaranan qalmaqalla gündəmə gələn "Leninskaya kuznitsa” adlı zavodu satmaq istədiyini bildirib.

"Bütün bunlar Poytr Poroşenkonun vəziyyətin ümidsizliyini dərk edərək ölkədən qaçmaq niyyətini nümayiş etdirir”,-deyə keçmiş nazir fikrini söyləyib.

Bu yaxınlarda isə Pyotr Poroşenkonun atdığı yeni addım xüsusi marağa səbəb olub. Belə ki, dövlət başçısı sələfi Viktor Yanukoviçin 2014-cü ildə səlahiyyətlərindən məhrum edilməsini Konstitusiya məhkəməsində mübahisələndirib.

Prezidentin müraciəti Konstitusiya məhkəməsində rəsmən qeyd alınıb.

Ukraynanın bir çox siyasətçisi ölkə liderinin bu addımına sərt təpki göstəriblər.

"Radikal partiya”nın lideir Oleq Lyaşko Poroşenkonun bununla gələcəkdəki eyni ssenarinin başına gəlməsindən özünü sığortalamaq istədiyini deyib.

Qeyd olunur ki, hələ 2017-ci ilin martında Ali Radanın keçmiş deputatı Vladimir Oleynik Pyotr Poroşenkonun bütün pullarını və xüsusi incəsənət əsərlərini İspaniyaya köçürdüyünü bəyan etmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300