sitename

 

     Beynəlxalq Al Mustafa Universitetinin azərbaycanlı tələbələri İran XİN-ə müraciət ünvanlayıblar

 

Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələrİran İslam Respublikasının Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıblar.

 

SalamNews-a daxil olan müraciət Ermənistanın baş nazirinin səfəri ilə yaranmış narahatçılıq və səfər çərçivəsində baş verən digər hadisələrlə bağlı olub.

Müraciətdə bildirilir:

"Bildiyiniz kimi iki müsəlman ölkəsi olan İran və Azərbaycan arasında olan əlaqələr daim islam və müsəlmanların hədəfi altında olmuşdur. Düşmən daim iki qonşu ölkə arasında olan bu səmimi və sarsılmaz əlaqələri pozmağa çalışmışdır.
Təəssüflər olsun ki, Ermənistan baş nazirinin bir neçə gün öncə İslam Respublikasına etdiyi səfər də öz növbəsində bu barədə düşmənə yeni bəhanələr vermişdir. Bu səfər Azərbaycan Respublikasının ictimai – siyasi arenasının bugünlərdə ciddi şəkildə qarışmasına səbəb olmuşdur. Bunun səbəblərini xülasə olaraq qeyd edir və bu məktuba lazımi diqqətin ayrılacağına ümid edirik:

1.Cinayətkar Ermənistanın baş nazirinin İrana olan səfəri "Xocalı” faciəsinin ildönümü ərəfəsinə tuş gəldi. Xocalı qətliamı 26.02.1992-ci tarixində məzlum və müsəlman Azərbaycan xalqı əleyhinə ermənilər tərəfindən törədilmiş acı bir hadisədir. Hadisə nəticəsində 613 şəhid, 487 yaralı və 1275 əsir qeydə alınmışdır. Bu rejimin baş nazirinin 27 fevral tarixində, yəni bu hadisənin ildönümündən bir gün sonra qardaş ölkə olan İrana səfəri, Azərbaycanda fitnənin baş verməsinə və xalqın, xüsusən dindarların narahatçılığına səbəb olmuşdur.

2.Baş nazirin bu səfər çərçivəsində qatıldığı mərasimlərdə etdiyi çıxışlar, İran İslam Respublikasının Qarabağla bağlı olan mövqelərinə tamamilə ziddir. Biz bilirik ki, İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi olaraq tanıyır. Təəssüflər olsun ki, baş nazirin bu çıxışları Ali Dini Lider ilə görüşdən və Qarabağ məsələsinin sülh yolu və ikitərəfli danışıqlar əsasında həlli barədə tövsiyələrindən sonra etməsi, bu məsələnin arxasında gizli əllərin olmasından xəbər verir.

3.Lakin qeyd olunan iki səbəbin heç biri sonda qeyd edəcəyimiz səbəb qədər Azərbaycan xalqının narahatçılığına səbəb olmamışdır. Baş nazirin keçirdiyi görüşlərdən birində (Tehranda yaşayan ermənilərlə paytaxtın "Ararat” stadionundakı görüş) "Qarabağ Ermənistanındır və son” şüarı ilə asılan banner, qeyrətli və şərəfli Azərbaycan xalqının narahatçılığına və qəzəbinə səbəb olan əsas və köklü amildir".

"Biz Beynəlxalq Al Mustafa Universitetində təhsil alan azərbaycanlı tələbələr olaraq bilirik və inanırıq ki, bu bannerdə iddia olunan məsələ İran İslam Respublikasının mövqelərinin ziddinədir. Bundan əlavə, bu şüar Ali Dinin Liderin "Qarabağ islam torpağıdır və bu yolda ölənlər şəhid hesab olunurlar” mövqeyi ilə tamamilə ziddiyyət daşıyır.

Biz Azərbaycan xalqının İranda olan mənəvi nümayəndələri olaraq sizdən, Azərbaycan Respublikası ilə əlaqələrinizlə bağlı mövqe və addımlarınıza daha diqqətlə yanaşmağınızı və bu əlaqələri təhdid edən fəaliyyətlərdən çəkinməyinizi rica edirik.
İkinci istəyimiz budur ki, İran İslam Respublikasının rəsmiləri xüsusi olaraq bu mövzu və atılan kinli addımlar barədə, ümumi olaraq isə İran İslam Respublikasının Azərbaycan və Ermənistanla əlaqələri barədə açıq və şəffaf mövqelərini bildirsinlər və bununla da Azərbaycan xalqının və dindarlarını bu çaşqınlıqdan çıxarsınlar", deyə müraciətdə vurğulanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300