Gülnarə Kərimova saxlanıldı

 

Özbəkistanın birinci və keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkə prokurorluğunun əməkdaşları tərəfindən saxlanılıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə G.Kərimovanın qızı İman Kərimova bildirib.

İ.Kərimova qeyd edib ki, dünən saat 19:00 radələrində prokurorluğun işçiləri zorla onun Daşkənddəki mənzilinə giriblər. Prokurorluğun əməkdaşları əvvəlcə "rəhbərlik" adından G.Kərimovanı hədələyiblər. Bir neçə dəqiqə sonra prokurorluğun başqa işçiləri zorla mənzilə girib və onun anasını evdən çıxarıblar. G.Kərimova bundan sonra naməlum istiqamətdə aparılıb.

İ.Kərimovanın sözlərinə görə, hazırda heç kim G.Kərimovanın harda olduğunu bilmir. G.Kərimovanın İsveçrədəki vəkilləri və prokurorlar artıq bu barədə məlumatlandırılıblar və tədbir görürlər.

Daha əvvəl ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300