ÇL: Son üç mövsümün qalibi olan "Real” mübarizəni dayandırıb

 

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. ONA-nın məlumatına görə, ilk 1/4 finalçılar Madrid və Dortmundda keçirilən qarşılaşmalarda müəyyənləşib. Hər iki matçdan sonra qonaq komanda mərhələ adlayıb.

Günün gözlənilməz nəticəsi İspaniya paytaxtında qeydə alınıb. Bu, son üç mövsümdə yarışın qalibi olan "Real” Hollandiya "Ayaks”ı ilə görüşünə təsadüf edib.

Səfərdə 2:1 hesabı ilə qalib gələn madridlilər evdə gözlənilməz məğlubiyyətlə üzləşib. Oyunun əvvəlində iki top vuran amsterdamlılar rəqib meydanında böyükhesablı qələbə qazanıblar – 4:1. Bu məğlubiyyətlə "Kral klubu” mübarizəni 1/8 finalda dayandırıbsa, hollandiyalılar növbəti mərhələyə yüksəliblər.

Dortmundda isə Almaniya "Borussiya”sı İngiltərə "Tottenhem”ini qəbul edib. İlk oyunda 3:0 hesabı ilə qalib gələn London təmsilçisi səfərdə də qələbə qazanıb.

"Tottenhem”in Dortmunddakı yeganə qoluna Hari Keyn imza atıb. Hər iki görüşdə əldə edilən qələbələr londonluları 1/4 finala daşıyıb.
Qeyd edək ki, 1/8 finalın cavab oyunları martın 6-da keçiriləcək iki görüşlə davam edəcək. PSJ (Fransa) "Mançester Yunayted”i (İngiltərə), "Portu” (Portuqaliya) "Roma”nı (İtaliya) qəbul edəcək.

Çempionlar Liqası
1/8 final
Cavab oyunlar
5 mart

"Real” (İspaniya) – "Ayaks” (Hollandiya) – 1:4
Qollar: Asensio, 70 - Ziyeh, 7, Neres, 18, Tadiç, 62, Şene, 72
Baş hakim: Feliks Brix (Almaniya)
Madrid. "Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:1
"Borussiya” (Dortmund, Almaniya) – "Tottenhem” (İngiltərə) – 0:1
Qol: Keyn, 49
Baş hakim: Danni Makkeli (Hollandiya)
Dortmund. "Siqnal İduna Park” stadionu
İlk oyun – 0:3

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300