sitename

       Oğuzda iki qardaş yanacaqsız işləyən mühərrik üzərində işləyir - İDDİA - VİDEO

 

Oğuzda məktəblilər yanacaqsız işləyən mühərrik hazırlayacaqlarını iddia edirlər.

 

Xezerxeber.az-ın məlumatına görə, Oğuzun Calit-2 qəsəbəsində məskunlaşan Kəlbəcər sakinləri, Köçəri və Məhəbbət Əmiraslanlı qardaşları enerjisi tükənməyən avtomobil mühərriki ixtira etdiklərini deyirlər. 9 və 11-ci sinif şagirdləri olan qardaşların sözlərinə görə, bu sxem üzərində 3 ilə yaxındır ki, çalışırlar. Mühərrikin hansı enerji ilə işlədiyini sirr saxlasalar da, onun səssiz rejimdə çalışacağını iddia edirlər.

Məktəblilər yeni layihənin həm minik avtomobilləri, həm də hərbi sənaye üçün keçərli olduğunu bildirirlər. Əmiraslanlı qardaşları minik avtomobilinə "MK-Sport", hərbi maşna "MK-557", zirehlı transpartyora isə "Pələng" adı veriblər.

Onların valideynləri də övladlarının uğur qazanacaqlarına əmin olduqlarını deyirlər.

Əmiraslanlı qardaşları layihəni rəsmiləşdirmək üçün aidiyyəti qurumlara müraciət etmək niyyətindədirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300