İranlı deputat: "Dağlıq Qarabağda məscidi tövləyə çevirənlərin İrana səfər etməsinə icazə verilməməli idi"

 

Dağlıq Qarabağ Azərbaycana məxsus bölgədir və Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq işğalçılıqdan əl çəkməlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İran İslam Şurası Məclisinə (parlamentə) Urmiya şəhərindən seçilmiş deputat Hadi Bahaduri deyib. Deputat Ermənistan baş nazirinin Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfərinə yol verildiyi üçün Xarici İşlər Nazirliyini kəskin tənqid edib.

O, İran İslam Respublikası Ali Rəhbərinin də mövqeyini xatırladaraq qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan və İslam torpağıdır. İran Azərbaycan ilə münasibətlərinə xələl gəlməsini istəmir. İki qonşu və dost dövlət arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Xarici İşlər Nazirliyi bu səfərin Xocalı soyqırımının ildönümü ərəfəsində baş tutmasına icazə verməməli idi.

Deputat deyib: "Hesab edirəm ki, bu səfər başqa bir vaxtda da keçirilə bilərdi. Biz Ermənistanla həmsərhəd ölkələrik. Ona görə də bu ölkə ilə əlaqələrimizin olması təbiidir. Amma bu əlaqələr İranın rəsmi siyasətinə uyğun olmalıdır. Biz parlamentdə xarici işlər nazirinə sual ünvanlayacağıq. Nazirlik açıqlamalıdır ki, nə üçün İranın sərhədləri daxilində onun rəsmi siyasətinin əleyhinə belə bir hadisə baş verib?”.

Hadi Bahaduri vurğulayıb ki, dini inancımıza görə, dünyanın istənilən yerində müsəlmanların haqqı müdafiə olunmalıdır: "Dağlıq Qarabağda müsəlmanların məscidini tövləyə çevirənlərin İrana səfər etməsinə icazə verilməməli idi”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300