Müsavat başqanı Türkiyədə əməliyyat olunub

 

Müsavat Partiyasinin başqanı Arif Hacılı ürək-damar sistemindəki problemlərlə bağlı Türkiyədə həkimlərə müraciət edib.

 

Bunu bu gün, yanvarın 18-də Azadlıq Radiosuna A.Hacılının qardaşı, bastainfo saytının baş redaktoru Mustafa Hacıbəyli bildirib.

 

M.Hacıbəylinin sözlərinə görə, yanvarın 15-də A.Hacılı Ankara yaxınlığında klinikalardan birində ürəyindən əməliyyat edilib: "Ürəyinə stendlər qoyulub. Artıq Arif Hacılı xəstəxanadan çıxıb, özünü yaxşı hiss edir. Bəzi analizlər verib və bütün analizlər müsbətdir. Yəni, problem yoxdur".

 

M.Hacıbəyli qarşıdakı həftədə Müsavat Partiyası başqanının Azərbaycana qayıdacağını bildirib.

 

1962-ci ildə doğulan Arif Hacılı 2014-cü ildən müxalifətdə olan Müsavat Partiyasına rəhbərlik edir.

 

O, mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə (1992-1993) Ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300