sitename

             ''Xəstəxananın direktoru işçiləri alçaldır''

 

Tibb bacısı prezidentdən kömək gözləyir

 

"Çalışdığım Mərkəzi Neftçilər Xəstəxanasında özbaşınalıq baş alıb gedir. Yeni təyin olunmuş direktor Ülvi Mirzəyev işçiləri incidir, onların maaşlarını azaldır. Hələ bir xəstəxanaya yüzə yaxın ştatdankənar işçi də götürüb".

 

Mərkəzi Neftçilər Xəstəxanasının işçisi Könül Abdullayeva belə deyir.

 

O, Meydan TV-yə bildirib ki, iş yerində qarşılaşdığı özbaşınalıqlarla bağlı indiyə qədər aidiyyatı qurumlara xeyli şikayət məktubu göndərib. Hətta cavab da alıb, ancaq hələlik, bir xeyri yoxdur, Ülvi Mirzəyev yenə bildiyini edir:

 

"Prezidentimizə yazdığım məktuba cavab gəlməsinə rəğmən, Ülvi Mirzəyev heç bir reaksiya vermir. Ölkə başçısına qarşı saymazlıq edir".

 

Könül Abdullayeva 2007-ci ildən Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Cərrahiyyəsi şöbəsində tibb bacısı vəzifəsində çalışır. Deyir, çalışdığı bu 12 il müddətində işinə daim məsuliyyətlə yanaşıb, heç vaxt müdiriyyətdən töhmət almayıb:

 

"2018-ci il noyabrın 1-dən xəstəxanaya direktor təyin olunmuş Ülvi Mirzəyev burada özünün istədiyi qanunları tətbiq edib. Tutduğu vəzifəsindən sui-istifadə edir. Özünün gətirdiyi tibbi heyətə yüksək maaş verir. Bu xəstəxanada uzun illər çalışmış olan işçilərə isə öz personalından 3 dəfə aşağı maaş yazır. Onların şikayətlərini dinləmir. İşçilərlə pis rəftar edir. 12 il bu şöbədə çalışmağıma baxmayaraq, səbəbsiz yerə məni başqa şöbəyə keçməyə məcbur edir".

 

K.Abdullayeva bildirir ki, direktor onun şöbəsini məcburi şəkildə dəyişdirib. Ancaq rəsmiləşdirmədə bunu öz istəyi ilə etdiyi qeyd edilib:

 

"Kim öz istəyi ilə illərlə çalışdığı şöbəsini dəyişər? Üstəlik, daha aşağı əmək haqqına. Onu da deyim ki, bu hal təkcə, mənimlə yox, Mərkəzi Neftçilər Xəstəxanasının bir çox tibbi heyətilə yaşanır. Direktor heç kimin şikayət və narazılığını dinləmək istəmir, işçiləri alçaldır. Xəstəxanada öz heyətindən ibarət "Xanlıq" yaradıb. Xəstəxananın borcu olduğu halda, insanlardan rüşvət alıb, işə yüzlərlə işçi götürür. Azmış kimi onları yüksək maaşla təmin edir. Xəstəxananın köhnə işçilərini sıxışdırıb, işdən çıxardır. Köhnə yerdə qalan işçiləri az maaşla təmin edir".

 

Könül Abdullayeva sonda prezident İlham Əliyevə müraciət edir. Ona sonsuz güvəndiyini bildirir:"Çox inanıram ki, insan haqlarının bu cür kobud şəkildə tapdanmasına qarşı tədbir görüləcək".

 

Meydan TV məsələyə münasibət öyrənmək üçün Mərkəzi Neftçilər Xəstəxanası ilə əlaqə saxlayıb. Direktorla danışmaq mümkün olmayıb. Onun xəstəxanada olmadığını söyləyiblər. Deyilənləri isə nə təsdiq, nə inkar ediblər. Sadəcə bu barədə danışmaq səlahiyyətlərinin olmadığını söyləyiblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300