sitename

           Bu günkü çovğunun sirləri – ELMİ-LƏDUN İŞIĞINDA

"Biz hər şeyi sayıb yazmışıq”. (Quran)

Bu gün Azərbaycan ərazisində küləklə müşahidə edilən çovğun həyatı iflic etmişdir. Bəzilərinə adi təbiət hadisəsi kimi görünsə də, hesablamalarımız bu iflic olmanın təsadüf olmadığını və özündən əvvəl baş vermiş analoji hadisələrin davamı olduğunu ortaya qoyur. Bu riyazi bağlılığın Quranın kodları altında baş verməsi, hadisələrin əslində ALLAH tərəfindən bir xəbərdarlıq mesajı olduğunusübut edir.
Məsələn:

1) Xatırladaq ki, buna bənzər analoji hadisə 25 oktyabrda baş vermişdi. Belə ki, həmin gün ölkə ərazisində baş verən güclü külək ağacları aşırmışdı ki, bu da bir neçə nəfərin yaralanmasına səbəb olmuşdu. Maraqlıdır ki, bu gün həmin hadisənin 114-cü (!) günüdür. Bu da müqəddəs kitabın surələrinin sayı olmaqla, Quran rəmzi sayılır və hər iki qasırğanın ALLAH tərəfindən, yolun azmış milllətimizə və onun zülm etməkdə həddi aşmış rəhbərlərinə bir xəbərdarlıq olduğunu sübut etməkdədir.

2) Keçən il iyul ayının 3-də azərbaycan ərazisində enerji böhranı baş verdiyi və ölkədə həyatın ən azı bir həftə iflic olduğu hamınızın yadındadır. Həmin vaxt paylaşdığım hesablamalarda hadisənin ALLAHDAN bir xəbərdarlıq mesajı olduğunu təqdim etmişdim. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün həmin enerji böhranının 228-ci günüdür ki, bundan da Quran rəmzi olan 114 çıxsaq, yenə də 114 alınır və hadisələrin ALLAH tərəfindən kodlaşdırılmış bir mesaj olduğunu millətimizin və onun zülmü sevən rəhbərlərinin qarşısına qoyur:

228 – 114 = 114

3) Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün həyatın iflic olması ölkəmizdə baş verən daha bir həyəcanlı hadisə ilə riyazi şəkildə bağlanır. Yadınıza salım ki, 15 noyabr 2017-ci il tarixdə Azərbaycanda baş verən 6 ballıq zəlzələ ölkəni silkələdi və həyəcanlandırdı. Maraqlıdır ki, bu gün həmin həyəcanın 456-cı günüdür ki, bundan da Quranın kodunu (114) çıxanda, yenə də surələrin sayı görünür və hadisələrin ALLAH tərəfindən dəqiqliklə sayılaraq baş verdiyini sübut edir:

456 – 114 – 114 – 114 = 114

Qısaca olaraq bir daha millətimizin və onun rəhbərlərinin nəzərinə çatdırmağı özümə borc bilirəm ki, baş verən bu hadisələr sizlərə bir xəbərdarlıqdır! Nəzərə alıb doğru yolu tutarsınızsa xoş halınıza, tutmazsınızsa...

"Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". Quran, 19:84

 

Paşa Yaqub,

Psixoloq, elmi-lədun bilicisi

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300