sitename

      SOCAR-ın trest rəisi qızına məxsus restoranla müqavilə bağladı (FOTOFAKT)

 

SOCAR-ın Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlinin ailə biznesi haqda bir neçə gün əvvəl ölkə mediasında ətraflı məlumat verilib.

AFN-in də dərc etdiyi materialda bildirilir ki, İ.Şirəli trestin büdcəsi hesabına qızlarına dəbdəbəli qalereya açıb, restoran biznesindən gəlir əldə etməsi üçün şərait yaradıb. Məlumatda qeyd edilirdi ki, trest rəisinin qızı Leyla Şirəli "Ağ şəhər Rəsm Qalereyası”nın sahibidir. Qiyməti 100 minlərlə ölçülən obyekt ailəyə məxsusdur:

"Şirəli ailəsinə məxsus daha bir bahalı obyekt isə "Zabitlər bağı”nda yerləşən "Lunch Chef” restoranıdır. Bu obyekt İsgəndər Şirəlinin digər qızı Nilufər Qarayevaya məxsusdur. "İsgəndər Şirəlinin rəhbərlik etdiyi trestin bütün əməkdaşlarının yeməklə təminatını da bu restoran həyata keçirir. Bununla bağlı müqavilə də əlimizdədir və növbəti yazılarımızda onu da oxucuların diqqətinə çatdıracağıq. Trestdə fəhlələrin əmək haqlarının verilməsində gecikmələr müşahidə olunsa da restoranın ödənişlərində problem yoxdur. "Kompleks Qazma İşləri Tresti”nin 400 işçisi adambaşına gündəlik 5 manatlıq yeməklə təmin olunur. Beləliklə, İsgəndər Şirəli qızının restoranına idarə büdcəsindən hər gün 2000 manat (5 günlük iş həftəsinə görə ayda 44 min manat) vəsait ödəyir” – deyə yazıda bildirilirdi.

Sözügedən müqaviləni təqdim edirik:

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300