sitename

        Lənkəranda təkəri partlayan maşın qəza törədib, iki nəfər ağır yaralanıb

 

Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, 1992-ci il təvəllüdlü Liman şəhər sakini Dadaşov Fuad Tahir oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobil idarəetməni itirərək sürücünün 1991-ci il təvəllüdlü həmyerlisi Qasımov Elməddin Natiq oğlunun sükanı arxasında olduğu "Prado"ya çırpılıb.

Boladi çayı üzərində baş verən qəza nəticəsində "Daewoo"nun sürücüsü F.Dadaşov və 1996-cı il təvəllüdlü sərnişini Rauf Hüseynov ağır bədən xəsarətləri alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara kəllə-beyin travması və hər iki ayağın sınığı diaqnozu qoyularaq müvafiq tibbi yardımlar göstərilib. "Prado"nun sürücüsünə isə ambulator yardım göstərilib.

Hadisənin baş verməsinə səbəb kimi avtomobilin təkərin deşilməsi nəticəsində idarəetmədən çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300